“Azərsu”: Zərdabda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşır

16:31 6.04.2017 829
“Azərsu”: Zərdabda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşır
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda prezident İlham Əliyevin ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Zərdab rayonu ərazisində 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşmaq üzrədir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, icrasına fevral ayında başlanmış layihəyə uyğun olaraq əkin sahələrinə su Kür çayından veriləcək. Bu məqsədlə çayın sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğunun, nasos stansiyasının, təzyiqqırıcı kameranın və magistral kəmərin inşası layihələndirilib.
Əkin sahələrinə suyun nəqli diametri 1400 mm olan kəməri vasitəsi ilə həyata keçiriləcək. İşlərin qısa müddətdə başa çatdırılması məqsədilə boruların qaynaqlanması və torpağa basdırılması paralel olaraq 4 nöqtədə aparılıb və kəmərin tikintisi yekunlaşıb.
Sugötürücü qurğuda suyığıcı kameranın giriş və çıxış hissələrinin bünövrəsi tam betonlanmış, monolit beton divarların armaturlanması işləri tam yekunlaşmış, betonlama işlərinə hazırlıq görülür.
“Azərsu”: Zərdabda 10 min hektar ərazinin suvarma təminatının yaxşılaşdırılması layihəsinin icrası yekunlaşır
Nasos stansiyasının tikintisi çərçivəsində isə betonlama və izolyasiya işləri aparılıb, nasosların mexaniki hissələrinin quraşdırılmasına başlanılıb. Nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək üçün 4 MVt-luq transformatorun və 35 KVt-luq paylayıcı qurğunun bünövrə hissəsinin tikintisi davam etdirilir. Qurğuları elektrik enerjisi ilə təmin etmək üçün Zərdab 35/10 kilovoltluq yarımstansiyasından 4 km elektrik xətti çəkilib, 81 ədəd dayaq quraşdırılıb.
Zərdab rayonunda həyata keçirilən suvarma layihəsi üzrə tikinti-quraşdırma işlərinin aprel ayında başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, “Azərsu” ASC Zərdab rayonu ilə yanaşı, Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar ərazidə suvarma layihəsinin icrasına başlayıb. Bu ərazinin suvarılması Hacıqabul rayonunun Talış kəndi yaxınlığındakı Kür sutəmizləyici qurğularının imkanlarından istifadə etməklə aparılacaqdır. Bu məqsədlə təmizləyici qurğudan Padarçöl ərazisinə 27 km magistral kəmərin inşası layihələndirilib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

19:08

Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda

23:47

2 saylı regional su-kanal idarəsinin Ağsu sahəsində NƏ BAŞ VERİR - Köcəri müəllimin adamı at oynadır - VİDEO

02:08

Heydər Əliyevin 101 illiyi: Ulu Öndər və milli dövlətçilik təfəkkürü ...

19:30

Ağsu Rayon Pirhəsənli kənd tam orta məktəbində "Erkən nigah,dini radikalizm və narkomaniyanın fəsadları" adlı maarifləndirici tədbir keçirilmişdir

02:39

İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib

00:39

Amerikalı şerifin məktubu niyə Azərbaycan Prezidentinə çatdırılmır? - İLGİNC

00:33

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

00:30

İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər

17:08

Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!

18:26

Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

18:15

“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

17:17

“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?