BOŞ QALAN İDMAN KOMPLEKSLƏRİ - Bizə milli idmancılar lazımdır

20:23 20.12.2023 1 273
Azərbaycanda idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi daxildir.

Azərbaycan bu gün dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan kimi tanınır. Bu uğurların qazanılmasında paytaxtımızla yanaşı, regionlarda inşa edilən müasir Olimpiya İdman komplekslərinin və idman qurğularının böyük rolu olmalıdır. Son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülüb. Lakin bu sahədə ciddi nöqsanlar da mövcuddur.

Respublikamızın şəhər və rayonlarında 45-dən çox Olimpiya İdman Kompleksi, Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası, Stend Atıcılığı üzrə İdman Kompleksi və digər iri idman qurğuları tikilib istifadəyə verilib. İdmanın müxtəlif növləri üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarının, idmançıların gündəlik məşqlərinin, eləcə də beynəlxalq idman turnirlərinin, respublika və zona yarışlarının keçirildiyi bu idman obyektləri, eyni zamanda, əhalinin də ən çox üz tutduğu məkanlar olmalıdır.

...

Yolunuz hec Salyana düşübmü... Yaxud lap elə Beyləqana, Naxçıvana, Astaraya, Goranboya, Qusara... O yerlərə ki, oralarda milyonlarla maya qoyulmaqla üzü işıldayan idman-olimpiya kompleksləri tikilib. O komplekslərin təntənəli açılışı olub. Kəsilən qırmızı lentlərin AzTV ekranlarında bərq vuran parıltısı YAP-çı deputat Siyavuş Novruzovun incə, duyğulu ruhunu oxşayıb. Köksünü fərəh hissi ilə doldurub. Ürəyini dağa döndərib.

Elə Ağırlıqqaldırma Federasiyasının prezidenti bir necə əcinəbini allah bilir neçə milyon maya qoyub gətirib oğuz elinə ki, dart bala, dart.

Adama də elə bu ağır gəlir ki, 30 ildir YAP hakimiyyəti kimi ağırdan da ağır qurğuşun yükünün altında dözən, dizini də qatlamayan azərbaycanlıların arasından özümüzün bir idmancımızı tapıb yetişdirmək olmazdımı? Onlar guya iki dəfəyə 286 kilonu qaldıra bilməzdi? Qaradağın daş karxanalarında, Bakının qul bazarlarında beş Xristov ağırlığında yükü uf demədən qaldırıb gəzdirə bilən elə şaqqalı, ərdəmli müsəlman balaları var ki... Sadəcə onları axtarıb tapmaq, qayğısına qalmaq, yetişdirmək, vətəni sevdirmək lazımdır.

İdmanda legionerlərin olmasının əleyhinə deyiləm. Dünyanın hər yerində belə praktika var. Amma ta bu qədər ağ eləmək də olmaz ki. Azərbaycan olimpiya millisinin heyətinin yarıdan çoxu gəlmə “azərbaycanlılar”, milliləşdirilmiş idmançılardır. Bir daha deyirəm: özümüzünkülərə nə olub, onların yolunda milyonlar xərclənən əcnəbilərdən nəyi kəmdir?

Hər yerdə olimpiya kompleksləri, hovuzlar tikib ağzına qıfıl vurmaqla deyil e. Monqolustanda camaat heç aftafasına da tökməyə fərli-başlı su tapmır. Səhralıq yerdir. Amma üzgüçüsülük üzrə birinci yeri tutur. Bizimkilər isə... suyu süzülə-süzülə elə ilk gündən evə qayıdır. 55 idmançı arasında ortalarda baş girləmək nə demək?

Velosipedçilərimiz yola çıxandan bir neçə dəqiqə sonra... yarışlardan yoxa çıxır. Ay balam, nəvə oynatmaq yaşına çatmış 38 yaşlı arvadın nə işi var axı böyük fiziki güc sərfi tələb edən olimpiya idman oyunları növündə, konkret olaraq velosiped belində? Çinə baxın də. 16 yaşlı üzgüçüsü olimpiya çempionu olmağı hələ bir qırağa dünya rekordu da müəyyən elədi. Onun yediyi pul, kapital bizimkilərə baxanda bəlkə on qat azdır...

Bilirəm, indi bəziləri etiraz edəcək ki, olimpiadada əsas məsələ qələbə, medallar yox, iştirak etmək faktının özüdür. Çox sarsaq və mənasız arqumentdir. Qətiyyən belə deyil. Ona qalsa, olimpiadalarda iştirak etməyən heç bir dövlət yoxdur. Acından ölən xırda və kasıb dövlətlər, məsələn, Somali, Haiti də orada iştirak edir. Nolsun?!

Bilirəm, indi bəzi iqtidar bülbülləri bu yazdıqlarımızı yenə debilcəsinə “uğuru gözü götürməzlik” adlandıracaq. Yox, idmançılarımıza bir daha, bir daha uğurlar, bol-bol şanslar arzulayırıq. Amma gözlədiyimiz uğur gəlməyəndə bunun səbəbi barədə də yazmalıyıq axı. Azərbaycan idmanın inkişafına xərclənən pulların məbləğinə görə bəlkə də 3-5 ölkədən biridir. Adamı bu pulların boş yerə yanması yandırır axı...

Məsələn elə bölgələrdə tikilən saysız hesabsız Olimpiya İdman Komplekslərini deyirəm. Coxusunun agzı baglıdır 20-25 adam müftə maaş alır. 
İşləyənlərin də idmana aidiyyatı olmur. Otaqları, mehmanxanaları "arenda"ya verirlər. İdmandan başqa hər işlə məşgul olub para qazanırlar.
Yaxşı olar ki, burada idmanın müxtəlif sahələri üzrə özəl iş yerləri yaradılsın, həm qismən də olsa işsizlik aradan qaldırılsın, həm də rəqabət şəraitində idmanımız inkişag etdirilsin.

Sözümün canı budur ki, olkədə milli idman yaradılmalıdır. Bölgələrdə bütün idman növləri üzrə məktəblər yaradılmalıdır. İstedadlı gəncləri bu məktəblərə yönəltmək lazımdır. İdmanın bütün növləri üzrə məşqcilər yetişdirilməlidir. Əcnəbilərə verdiyimiz milyonları bu sahəyə yönətmək lazımdır.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu