KOBİA işçisinin topladığı var-dövlət hardandı? – Orxan Məmmədovun masasına

12:00 19.06.2023 13
KOBİA işçisinin topladığı var-dövlət hardandı? – Orxan Məmmədovun masasına
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkəmizdə kiçik və orta biznes subyektlərinin inkişafını dəstəkləyən, onun tənzimlənməsində, kiçik və orta biznes maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən,dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış KOBİA fəaliyyətə başladıqdan sonra bu istiqamətdə fəaliyyətini davam etdirmiş, yeni kiçik və orta biznes subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, onların bazarlara, bilik və innovasiyalara, maliyyə resurlarına çıxışına dəstək göstərmişdir. Hazırda da KOB-ların inkişafı üçün münbit biznes şəraiti, xidmət infrastrukturu yaradılıb, güzəştlər tətbiq olunur, texniki-təşkilati dəstək göstərilir, bilik və bacarıqlarının artırılması yönündə təlim və seminarlar keçirilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindən biri də kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının dəstəklənməsidir. Qeyd edilənlərlə yanaşı, KOB-ların maliyyələşmə mənbələrinə çıxış imkanlarını asanlaşdırmaq üçün bir sıra dövlət dəstəyi tədbirləri həyata keçirilir, güzəştli kredit, zəmanət və digər bu kimi dəstək mexanizmləri mövcuddur. Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək sahələrində KOB subyektlərinin layihələri maliyyələşdirilir, qrant müsabiqələri keçirilir.

Aktualinfo.org-a verilən məlumatlarda layihələri maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır. Belə ki, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər. Əgər varsa zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur. Verilən məlumatlara görə Agentlikdə bu kimi işlərlə məşğul olan bir neçə nəfər var ki, onlardan biri də Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevdir. Verilən məlumatlara görə mahir Cəbiyev işlədiyi qısa müddət ərzində özünə xeyli əmlak alıb. 2020-ci ildə Bakıxanov qəsəbəsi Sakit Qocayev küşəsində 85 kvadratmetr sahəsi olan mənzil və iki qaraj alıb. 2021-ci ildə Novxanı qəsəbəsində bağ evi alıb. Bundan başqa Mahir Cəbiyevin bahalı avtomobillər kolleksiyası da var. 77 HD 549 dövlət nömrə nişanlı, AUDİ A6 markalı avtomobili 46 min ABÇ dollarına 2019-cu ildə, 10 OK 050 dövlət nömrə nişanlı, AUDİ A7 markalı avtomobili isə 05.01.2023-cü ildə 75 min ABŞ dollarına alıb. Mahir Cəbiyevin həyat yoldaşının idarə etdiyi 10 OY 050 İX markalı avtomobilin qıyməti isə 35 min ABŞ dollarınadır. Məlumata görə Mahir Cəbiyev qaynatasına  da bir “Opel Astra” avtomobili hədiyyə edib.

Bu sadalananlar Mahir Cəbiyevin son illər əldə etdiyi əmlaklarının az bir hissəsidir. Məlumatlara görə qohum əqrəbasının adına başqa bir neçə mənzil və bağ evi alıb, onların adına şirkərlər açaraq biznes fəaliyyəti ilə də məşğuldur.

Qeyd edək ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 27 fevral 2018-ci ildə təyin edilib. Onun rəhbərliyi ilə son illər Azərbaycanda mikro, kiçik və orta biznes subyektlərinin inkişaf etdirilməsi məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Tez-tez sahibkarlarla görüşlər keçirən KOBİA sədri biznes subyektlərinə beynəlxalq təcrübənin öyrənilməsi və sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirələrini aparır. Sahibkar maraqlarının müdafiəsi, yeni KOB subyektlərinin yaradılması və inkişafı, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, dövlət qurumları ilə əlaqələndirmə kimi məlumatları çatdırır.

Amma çox təəssüflər olsun ki, Agentliyin adına xələl gətirən hallar da baş verir ki, əldə etdiyimiz məlumatlara görə bundan Orxan Məmmədovun xəbəri yoxdu. Ağentliyin Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevin barəsində redaksiyamıza verilən məlumatlara gəlincə. Qeyd etmək istərdik ki, məlumatlara aydınlıq gətirimək məqsədi ilə Mahir Cəbiyevlə əlaqə saxlamağa bir neçə dəfə cəhd etdik. Onun gah ölkədə olmadığını, gah da ğzünün bizimlə əlaqə saxlayacağını bildirdilər. Qurumun mətbuat xidməti isə söylənilənləri araşdırıb məlumat verəcəyini bildirsə də, artıq bir neçə gün keçməsinə baxmayaraq bizimlə əlaqə saxlamadı. Buna baxmayaraq biz tərəf olaraq Agentliyin də verilən məlumatlara münasibətinə yer verməyə hazırıq.

 

Aktualinfo.org
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu