Məmməd Musayev: "Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir"

22:39 6.04.2024 40
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğu və müxtəlif ictimai vəzifələrdə çalışan bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Bu mükafata layiq olanların sırasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev də yer almışdır.
“Azərbaycanın son 21 ildə keçdiyi möhtəşəm inkişaf yolu, əldə olunmuş misilsiz uğur və nailiyyətlər, parlaq tarixi qələbələrimiz birmənalı olaraq bu illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin və xalqın rifahı naminə göstərdiyi gərgin və məqsədyönlü fəaliyyətinin, davamlı olaraq həyata keçirdiyi uğurlu daxili və xarici siyasət xəttinin nəticəsidir. Əlbəttə ki, dövlət başçımızın bu fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün əsl örnəkdir, hətta mən deyərdim ki, hansı ölkədə yaşamasından, hansı vəzifədə çalışmasından və hansı peşəyə sahib olmasından asılı olmayaraq hər bir azərbaycanlını daha böyük fədakarlıqla çalışmağa, təmsil olunduğu sahədə daha yüksək nailiyyətlər əldə etməyə həvəsləndirən ən güclü stimuldur. Məhz cənab Prezident İlham Əliyevin 2003-cü ildən bəri göstərdiyi, xalqımızın fərəhlə, bütün dünyanın isə heyranlıqla müşahidə etdiyi misilsiz fəaliyyətinin nəticəsidir ki, Azərbaycan bu gün beynəlxalq arenada sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub.”

Bu sözləri Azerinform.az-a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev deyib.

Fikirlərini davam etdirən Məmməd Musayev həmçinin bildirib ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasət kursu ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi və bu gün Azərbaycanın artıq öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmiş, həm də bunu öz gücünə həyata keçirmiş ölkə kimi çıxış etməsi bir daha sübut edir ki, dövlət başçımızın bu hədəflərə çatmaq üçün müəyyən etdiyi strateji kurs yeganə doğru yol olmuşdur: “Şanlı Azərbaycan Ordusu 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına parlaq tarixi Qələbə bəxş edərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Əlbəttə ki, bu Zəfər 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən böyük zəhmət və gərgin səylər hesabına həyata keçirilmiş hazırlıq işlərinin nəticəsi kimi əldə olundu. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Tarixi Qələbəmizdən 3 il sonra, 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi. Nəhayət bu əlamətdar tarixi hadisədən beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. 15 oktyabr 2023-cü il tarixində Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu. Bütün bu tarixi Qələbələr cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi yeganə doğru strateji kursun, yürütdüyü müstəqil siyasətin, hər zaman nümayiş etdirdiyi prinsipial mövqeyinin və gördüyü möhtəşəm işlərin nəticəsidir.”

Sonda Məmməd Musayev layiq görüldüyü mükafata görə dövlət başçısına minnətdarlığını ifadə edərək bu sözləri deyib: “Bu gün Azərbaycan Prezidenti xalqımızın və dövlətimizin ən yeni tarixinin ən şərəfli səhifələrini yazır və hər bir azərbaycanlının bu tarixin kiçik bir parçası olmaq istəyi, arzusu anlaşılandır. Birmənalı olaraq deməliyəm ki, cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Ulu Öndərimizin adı ilə bağlı olan medalla təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu mükafat fəaliyyətimə verilən yüksək dəyərin göztəricisidir və mən, bu təltifə görə möhtərəm dövlət başçımıza sonsuz minnətdarlığımı bildirirəm”.

Öz növbəmizdə, Azerinform.az saytının redaksiya heyəti olaraq, biz də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayevi bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar diləyirik!


Azerinform.az

Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:45

"Qurtuluş 93” Yaşayış Kompleksində NƏ BAŞ VERİR - Məhərrəm Novruzovun işciləri yenə narazılıq yaradır - VİDEO

18:03

"Nar"dan sərfəli smartfon təklifi

00:29

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” günü keçirilir

18:04

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir

18:54

“Bakcell”in süni intellekt dəstəkli robotu insanları Bulvara çağırır

17:34

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir

21:08

Qardaşlıq münasibətləri

16:16

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi

22:47

Gülhüseyn Talıbov üçün özəl gün

18:45

“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

15:53

Bakcell böyük dəyişiklər astanasında

23:33

Alim və oftalmoloq

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu