Bütün xəbərlər

Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ...

Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ...

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Liderlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə, xalqına səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını, onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətən naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahov haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahə üzrə görülən işlərlə az-cox tanış olmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Əgər sən xalqının istəyini və sevgisini qazanmaq istəyirsənsə ...
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən məmurdur ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Qnu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Artıq Qazax bölgəsində hər kəsə bəllidir ki, Həmid Pənahov yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarında ikən halal zəhmətlə çörək qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. Baş Həmid Pənahov bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Həmid müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan vəzifə sahibidir ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

Oda hər kəsə bəllidir ki, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahov yüksək savada malik olan vəzifə sahibidir. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri, həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Həmid Pənahova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir. Həmid Pənahov ona həvalə olunan hər bir işin öhdəsindən yüksək professionallıqla gəlməyi bacarır.

Bəli, o, həmişə hansı vəzifədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli Həmid Pənahov əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. O, ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

...Bəli bu gun yaşğadığımız cəmiyyətdə az qala hər gün eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət isə GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

"Rəşadətli Azərbaycan OrdusuAli Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə qazanaraq adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı."

Bu sözləri Azerinform.az-a müsahibəsində Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP rayon təşkilatının sədri Həmid Pənahov söyləyib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “Biz ərazi bütövlüyümüzü bərpa etdik və işğal altında olan torpaqlarımızı azad etmişik. Buna baxmayaraq Azərbaycan Ordusu bugünkündən on qat daha güclü olmalıdır. Elə bu səbəbdən də dövlət büdcəsində ordu ilə bağlı xərclər azaldılmadı, əksinə artırıldı. Çünki biz müasir dövrün tələblərinə cavab verən ordunu qurmşuq, bu ordunu daha da inkişaf etdirməliyik və çalışmalıyıq ki, Türkiyə ordusu modelində öz ordumuzu formalaşdıra bilək. Ordu daxilində bir sıra islahatlar həyata keçirək. Müasir dövrün, elmi texniki tərəqqinin nailiyyətlərini Azərbaycan Ordusunda tətbiq edək və müasir texnika və avadanlıqları ordumuzun inventarında artıraq. Gücümüzü qat-qat artırmalı və artan gücümüzə güc qatmalıyıq. 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla bütün hərbçilərimiz, qəhrəman zabit və əsgərlərimizi təbrik edirik. Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar. Həmişə sülh və əmin-amanlıq içərisində qalib ordumuz Azərbaycanın ərazi bütövlüyün qorusun”.

AZERİNFORM.AZ
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirinin ibtidai istintaqı başa çatıb
YALAN AYAQ ACAR, AMMA... - Fuad İbrahimovdan haqqında deyilənlərə CAVAB
TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb
Toy mərasimlərinin keçirilməsinə bu qurumlar nəzarət edəcək
BU TARİXDƏN TOY və NİŞANLARA İCAZƏ VERİLDİ - Keçirilməsi qaydaları AÇIQLANDI
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır