DataLife Engine / Ağsu məktəblisindən böyük uğur...

Ağsu məktəblisindən böyük uğur...

Ağsu məktəblisindən böyük uğur...


Səmədova Səbinə Elşad qızı 17.05.2005 tarixində Ağsu rayon Qaraqaşlı kəndində doğulmuşdur. İlk təhsilinə 2011-ci ildə Ağsu rayonu Polad Firudun oğlu Mirzəyev adına 5 saylı tam orta məktəbdə 1-ci sinifə daxil olaraq başlamışdır. Təhsil həyatı müddətində daim uğurlar qazanan gəncimiz 2022-ci ildə eyni məktəbdən yüksək qiymətlərlə məzun olmuşdur. Eyni zamanda Səmədova Səbinə 2021-ci ildə Kanadada Ontario Secondary school'da 12-ci sinifə daxil olmuş 2022-ci ildə yüksək qiymətlərlə məzun olmuşdur. Bununla yanaşı O duolingo dil imtahanı vermiş 100 bal toplamışdır. Daha sonra Attestatı, 12-ci sinif diplomu və duolingo nəticəsi ilə xaricdə bir çox universitetə baş vurmuş və 4 ölkə (Amerika,Türkiyə, Canada, Gürcüstan) 7 universitetdən (Acadia University, University of Prince Edward Island, Ferris state university, University of South Florida, Bahçeşehir university, Atılım University, Cleveland state university) Tibb sahəsi üzrə qəbul almışdır. Gəncimiz gələcək təhsili üçün Amerikanın Ohio ştatında yerləşən Cleveland university'ni seçmiş həmin universitetdən illik 4000$ ümumi olaraq isə 16000$ təqaüd qazanmışdır. 4 il pre-medical ilə təhsilinə başlayan gəncimiz sonrakı illərdə medical sahəsi üzrə davam edib, ürək-damar cərrahlığı peşəsi üzrə ilərləyəcəkdir.

Ağsu məktəblisindən böyük uğur...
Ağsu məktəblisindən böyük uğur...
Ağsu məktəblisindən böyük uğur...
8-08-2022, 11:13
Geri dön