DataLife Engine / "O gündən Nisə xanım bizimlə düşmən oldu" - Təranədən şok açıqlamalar - VİDEO - FOTO

"O gündən Nisə xanım bizimlə düşmən oldu" - Təranədən şok açıqlamalar - VİDEO - FOTO

"O gündən Nisə xanım bizimlə düşmən oldu" - Təranədən şok açıqlamalar - VİDEO - FOTO
ARB TV-nin "Evgördü" verilişinə qonaq olan məşhur prodüsser Təranə Səmədova maraqlı açıqlamalar verib.
azerinform.az xəbər verir ki, o, ilk olaraq prodüserlik fəaliyyətindən bəhs edib:
"Mən bilirəm ki, gücüm nəyə çatır, bundan daha artıq işlər görə bilərəm. Şou-biznes durğunlaşıb. Elə zamana gəlib çıxmışıq ki, müğənnilər əvvəlki kimi pul qazana bilmirlər deyə, prodüserlə işləməyi artıq xərc kimi düşünürlər. Mənə görə şou-biznesin ən bahalı prodüseri Vaqif Gərayzadə və Nigar Hacızadədir. Daha sonra isə Tolik, Yalçın Cabbarov, Aqşin, Emin Əfəndi və s prodüsserlərin də işlərini bəyənirəm".
Daha sonra Təranə Səmədova Kərim Abbasovla işlədiyi zamandakı məsələlərin pərdə arxasını açıb:
"Mən Kərimin yaradıcılığında çox böyük "tramplin" olmuşam. Onunla 4 il çalışmışam, həm də ailəli olmuşam. "Bağışla məni" və "Sorma" mahnılarına super kliplər çəkdik. Şahin Zəkizadə möhtəşəm işlər gördü. Daha sonra "Salam, ey əziz vətən" klipi çəkilən vaxt Kərimlə Nisə Qasımova arasında qalmaqal yaşandı. Onu öncə Nisə Qasımova oxumuşdu. Bu üzdən də söz-söhbət oldu. Bugünkü gündə səmimi münasibətləri məndə süni təəssürat yaradır. O vaxt Nisə xanımdan icazə istəyəndə demişdi ki, o mahnıyla bağlı böyük planlarım var, buna görə də istəmirəm oxuyasan. O vaxt anladım ki, bizdə yaşlı sənətçilərin gənclərə dəstək olmaq eqoları çox zəifdir. Kiminsə irəli getməsinə imkan vermirlər. İcazə verməməsinə baxmayaraq, mahnını aranjman etdirib, klip çəkdirdik. O gündən Nisə xanım bizimlə düşmən oldu".
Produsser, sonda anasıyla olan münasibətinə də toxunub:
"Anam çox saf qadındır. Onun ürəyini almaq çox asandır. Anamın mənə verdiyi məsləhətlər məni uçuruma aparıb. Atam tez dünyasını dəyişdiyi üçün məni anam böyüdüb. Hər şeyimi ona borcluyam. Onunla söz-söhbətimiz düşən anda, qanlı-bıçaqlı düşmən olan zamanda demişəm ki, sən mənim anamsan. Sənə ömür boyu borcluyam".
10-04-2017, 15:36
Geri dön