DataLife Engine / "Siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşması vacibdir"

"Siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşması vacibdir"

"Siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşması vacibdir"
V Qlobal Bakı Forumu çox mühüm görüş formatıdır, xüsusən sabaha az güvən olduğu, qeyri-sabit bugünkü dünyada.
azerinform.az xəbər verir ki, bunu Trend-ə Aİ-nin Cənubi Qafqazda sabiq xüsusi nümayəndəsi, İsveçrənin Əfqanıstandakı səfiri Piter Semnebi deyib.
Onin sözlərinə görə, siyasi problemləri aradan qaldırmaq təcrübəsi olan şəxslərin bir yerə toplaşaraq bügünkü dünyanın problemləri barədə düşünməsi çox vacibdir.
Diplomat deyib: "Bakıya ilk səfərim 1998-ci ildə olub. Mən görürəm şəhər necə inkişaf edib və bu inkişaf necə sürətlə gedir. Xüsusən, son 10 ildə sürətlə inkişaf olmuşdur".
Qeyd edək ki, bu gün "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan V Qlobal Bakı Forumu öz işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilati dəstəyi ilə martın 16-17-də keçirilən forumda Bosniya və Hersoqovina, Latviya, Makedoniya, Albaniya, Monteneqro və Gürcüstanın dövlət başçıları iştirak edirlər.
V Qlobal Bakı Forumda bir sıra ölkələr Baş nazir və müavinləri, parlament rəhbərləri səviyyəsində təmsil olunur. Ümumulikdə isə forumun işində 50 ölkədən 260-dan çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edirlər. Forum çərçivəsində panel müzakirələri təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması ilə bağlı geniş müzakirələr aparılacaq.
16-03-2017, 13:09
Geri dön