DataLife Engine / Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət olunması ölkəmizin nüfuzunun əyani təsdiqidir

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət olunması ölkəmizin nüfuzunun əyani təsdiqidir

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinə dəvət olunması ölkəmizin nüfuzunun əyani təsdiqidir

Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilmişdir. Nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də fəxri qonaq qismində dəvət edilmişdir. Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Hazırda təşkilatın Baş Katibi Çjan Mindir. Üzv dövlətlər Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka "dialoq üzrə tərəfdaş"dır.ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb.

ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaq görən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər. Şanxay Əməkdaşlıq Təşkilatının Azərbaycanın üzv olmasında maraqları böyükdür.Daima inkişafda olan ölkəmiz qafqazda böyük nüfuza sahibdir. Azərbaycan Xəzər dənizində ən böyük mülki yük daşıma xidmətinə malikdir,eyni zamanda Bakı gəmi qayırma zavodu bütün növ gəmiləri istehsal etməyə qadirdir. Regionda inkişafımız bununlada bitmir, hava nəqilyatında ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Dəfələrlə beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti və dərin arqumentləri qarşısında çıxılmaz və gülünc vəziyyətə düşən Nikol Paşinyan yenidən bu durumla üzləşməmək üçün bu tədbirdə iştirak etməkdən boyun qaçırdıb. Azərbaycana qarşı xain siyasətini davam etdirən Ermənistanın sərhəddəki son təxribatı və aldığı sarsıdıcı cavab zərbələrindən sonra Paşinyanın bu addımı atacağı gözlənilən idi. Azərbaycanın qonaq qismində bu tədbirdə iştirakından sonra hökumət üzvlük barəsində ciddi şəkildə fikirləşir. Söhbət ondan gedir ki, hələ dəyərləndirmə prosesi gedir. Azərbaycanın bu təşkilata üzvlüyünün faydalı olub-olmaması qiymətləndirilir".


HƏSƏN ƏLİYEV,
YAP Xətai rayon təşkilatının fəalı
24-09-2022, 13:47
Geri dön