Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib

19:55 12.05.2023 387
Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib



Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın ölkəmiz rəhbərlik edir. Bu gün Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib. Azərbaycan Avropa İttifaqına üzv ölkələrin doqquz ilə strateji tərəfdaşdır. Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Valyuta ehtiyatlarımız 65 milyard dollara çatıb, xarici borcumuz 6 milyard dollardan bir qədər çoxdur. Valyuta ehtiyatlarımız xarici borcu təxminən 10 dəfə üstələyir. Xarici borc isə ümumi daxili məhsulumuzun cəmi 9-10 faizini təşkil edir. Bizə bəzən dərs verməyə can atan bəzi ölkələrdə bu, 100 faizdir, bəlkə də çox.  Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir. Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanı ayrılmaz hissəsi olan Qarabağ olsun. Sosial məsələlər dövlət siyasətinin prioritet istiqamətidir. Son 20 il ərzində Ulu Öndərin yolu ilə gedərək sosial sahədə böyük irəliləyiş olub, maaşlar, pensiyalar müntəzəm olaraq qaldırılır, keçmiş məcburi köçkünlər üçün şəhərciklər salınıb, 300 mindən çox keçmiş məcburi köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Müharibədən cəmi iki il yarım keçəndən sonra artıq keçmiş köçkünlərimizi iki kəndə qaytarmışıq. 10 kəndin bünövrəsi son günlərdə qoyulubdur. Bütün şəhərlərin Baş planları tərtib edilib və bütün şəhərlərdə indi genişmiqyaslı inşaat işləri aparılır. Azərbaycanda yüksək texnologiyaların inkişafına hesablanmış çox düzgün addımlar atılır. Ölkəmiz kosmik dövlətə çevrilib. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək. Hər şeyi bundan sonra texnologiyalar həll edəcək. Biz həm texnologiyaları gətirib Azərbaycanda tətbiq etməliyik, həm də elə güclü kadr potensialı yaranmalıdır ki, biz özümüz bu texnologiyaların müəllifləri olaq. Görülən bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır. Bu gün dünyada, dünyanın müxtəlif yerlərində müxtəlif meyillər baş verir, müxtəlif tendensiyalar müşahidə olunur, dırnaqarası yeni dəyərlər meydana çıxır. Biz isə ənənəvi dəyərlərə sadiq qalaraq öz gələcəyimizi çox möhkəm milli-mənəvi təməl üzərində qururuq; 
      Gənc nəsil milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Gənc nəsil öz ədəbiyyatına, musiqisinə, incəsənətinə bağlı olmalıdır. Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Elə bir gənc nəsil yetişib ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu məsələlərində biz dayanmadıq, əksinə, irəliyə gedirik. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük bir hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur. Çünki biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. 44 gün ərzində bir nəfər də olsun geri addım atmayıb, bir nəfər də olsun fərari olmayıb. İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu Zəfər Azərbaycan durduqca qalacaq, bizim qəlbimizdə, yaddaşımızda, kitablarda, əsərlərdə. Bu, qəhrəmanlıq dastanıdır. Bu, misli görünməmiş qəhrəmanlıqdır. İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi. Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə Qarabağı verməmək üçün gecə-gündüz əlləşirdi. Coğrafi relyefə də arxalanırdı. 5, 6, bəzən 7 xətt müdafiə istehkam qurğuları da onlara kömək etmədi. Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixdə əbədi qalacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyik.
 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

00:42

Kimlərinsə köhnə palan ici tökmək "EŞQİ..." - Əslində 9 saylı RETSİ-nin rəisi Oqtay Şahmurov KİMDİR

21:43

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

21:39

Ali Məhkəmədə mənzilə “kupça” alınmasına dair mühüm QƏRAR VERİLDİ

20:37

"Get hara şikayət edirsən, et!" - “Ekologiya postu”nda NƏ BAŞ VERİR...

20:23

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir

02:56

Mütəşəkkil dəstə tərəfindən aldadılan Yasamal rayon sakini DİN-ə müraciət etdi

23:33

Alim və oftalmoloq

01:44

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - ANIM...

11:00

Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon!

20:19

Ərkivanda 210 ailəyə bayram sovqatı verildi – VİDEO/FOTOLAR

00:19

Atəş sifarişi kənardan gəlib - ŞƏRH

00:16

Xalq artistinin tarzən oğlunun səsi hər kəsi valeh etdi – VİDEO

00:13

Maşanın ermənilərə “ayı xidməti” – Qədim, mədəni millət belə olurmu, Mariya?

00:07

Fransalı diplomatlar ya yaddaşını itirirlər, ya da… – Fərid Şəfiyev

00:04

5 günlük bayram tətili nə vaxt başlayır?

14:53

“Nar” satış və xidmət şəbəkəsi artıq Şamaxıda!

18:00

“Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış!

17:00

“Bakcell” maraqlı paylaşım edib

00:47

Müqayis Verdiyevin dələduzluğ əməli ifşa olundu - Şəhidlər xiyabanını abadlaşdırma adı ilə talanan milyonlar...

17:12

“Nar” sərfəli mobil operator mövqeyini qoruyur

05:29

Sumqayıt şəhər bulvarının abadlaşdırılması zamanı Müqayis Verdiyevin misli görünməmiş dələduzluğu... - İTTİHAM VAR...

16:30

“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb

23:21

“Belə dövlət olmayacaq, Qərbi Azərbaycan olacaq” – Rusiyadan yeni xəritə…

23:13

“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub - FOTOLAR

15:24

Ünsiyyət hər kəs üçün: indi jest dilini öyrənmək daha rahat oldu

17:15

Gənc telekom mütəxəssisləri “Nar” şəbəkəsində təcrübə keçir

23:01

Navalnı necə öldürülüb? - Bu informasiyanı verəcək şəxsə 50 min avro vəd edildi

22:59

Kemeron: “Putin Ukrayna ilə bağlı səhv edib”

22:57

Prezident onu nazir müavini təyin etdi - FOTO

22:54

Paşinyanın partiyasından Zelenski AÇIQLAMASI

22:53

Prezident Xocalıda soyqırımı memorialının təməlini qoyub

16:32

“Nar”ın dəstəyi ilə Şəkərbura Şou Olimpiya Kubokunun finalı keçirilib

12:26

“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı

23:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədidə gənclərlə görüş keçirib