Bütün xəbərlər

Aydin İbadov: "Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir."

Aydin İbadov: "Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir."

2023-cü ilin ilk ayının ilk günlərini yaşayırıq. Yeni il yeni çağırışlar, yeni hədəflər deməkdir. Bu hədəflər dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində öz əksini tapdı. Yeni il, eyni zamanda, ötən ilə bir baxış və əldə edilən uğurların fonunda qarşıdakı dövrün əsas çağırışlarının müəyyənləşdirilməsidir. Bu baxımdan böyük qürur hissi ilə qeyd edə bilərik ki, 2022-ci il tariximizə növbəti uğur səhifəsini yazdı. Fikrimizin təsdiqi üçün ölkəmizin iqtisadi, siyasi, hərbi, diplomatik sahələrdə qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısının qeyd etdiyi kimi, bütün nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyatımız olmalıdır və iqtisadi müstəqillik çoxdan təmin edilib. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi və siyasi cəhətdən asılı deyil.

Hər bir xalqın, ölkənin inkişafında, dünya dövlətləri arasında tanınmasında siyasi liderlərin, tarixi şəxsiyyətlərin rolu danılmaz və əvəzsizdir. Zaman keçdikcə həmin şəxsiyyətlərin, liderlərin öz xalqı və Vətəni üçün etdikləri, dövlətçiliyinin inkişafında misilsiz xidmətləri yaddaşlarda silinməz izlər qoyur. Məsələn, son 19 ildə ölkəmizin hərtərəfli inkişafı, mühüm nailiyyətləri və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Qısa zaman kəsiyində ölkəmizin Cənubi Qafqazda güclü dövlətə, söz sahibinə çevrilməsi, dünyada böyük hörmət, nüfuz qazanması möhtərəm Prezidentimizin uzaqgörən, prinsipial və müdrik siyasətinin bariz nümunəsidir. Çünki dövlət başçısı hər zaman doğma xalqın maraqlarını, Vətənin mənafeyini üstün tutaraq “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədinə daim sadiq qaldığını konkret əməli fəaliyyəti ilə təsdiqləyir. Xalq sevimli liderinə həmişə arxalanır və ona güclü dayaq olur.

Azərbaycan ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi qətiyyətli lideri, xalqını, Vətənini sonsuz məhəbbətlə sevən, beynəlxalq aləmdə böyük nüfuza malik övladı var. Yaşadığımız gərgin siyasi kataklizmlərin, ikili standartların tüğyan etdiyi dövrdə qüdrətli dövlət yaratmaq və inkişaf etdirmək cənab İlham Əliyev dühasının, yorulmaz fəaliyyətinin nəticəsidir. Belə ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, iqtisadiyyatı artıb, beynəlxalq arenada mövqeyi əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz bütün sahələrdə sürətli inkişafa, tərəqqiyə nail olub.Onu da qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyev bütün fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir və müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirir. Həyata keçirdiyi siyasətin əsas prioritetləri - insan amili, xalqın rifahı və milli maraqlarıdır. Amalı müstəqil Azərbaycana, milli dövlətçiliyimizə və xalqa sədaqətlə xidmət etməkdir. Buna görə də, dövlət başçısı ilə vətəndaşlar arasında qarşılıqlı inam və etimad var. Hər zaman vədinə əməl edən liderin fəaliyyətinin nəticəsidir ki, ölkəmizdə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi hökm sürür.Eyni zamanda, Azərbaycanda iqtisadiyyat yüksələn xətlə inkişaf edir, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri sırasındadır. Ona görə ki, “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”, – devizini əsas götürən Prezident İlham Əliyev iqtisadiyyat sahəsində aparılan islahatların təşəbbüskarı və müəllifidir. Heç şübhəsiz, 2003-2022-ci illər ərzində qazanılan mühüm nailiyyətlər göz qabağındadır. Bu dövr çağdaş tariximizə yüksəliş, tərəqqi dövrü kimi daxil olub. Ümumi daxili məhsul, büdcə gəlirləri, ölkənin valyuta ehtiyatları, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artıb. Maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Əhalinin nominal gəlirləri, minimum əməkhaqqı, əhalinin banklardakı əmanəti yüksəlib. İşsizliyin, yoxsulluğun səviyyəsi aşağı düşüb.

Qeyd edilən dövrdə insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində texnoparklar, aqroparklar, təhsil, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif təyinatlı müəssisələr tikilərək istifadəyə verilib.Ən nəhayət, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoydu. Əzəli ata-baba torpaqlarımız yağı düşməndən təmizləndi, Qarabağa həyat yenidən qayıtdı. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarda böyük quruculuq, tikinti işləri gedir. Beləliklə, bu gün hər birimiz qazandığımız bütün qələbələrin, Zəfərlərimizin müəllifi müdrik Prezidentimizlə fəxr edir, onunla qürur duyuruq. Qətiyyətli, təcrübəli dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan daha uğurlu və firavan gəlcəcəyə doğru sürətlə irəliləyir.

Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edildi. Bu il isə “Heydər Əliyev İli” elan olunub. “Şuşa İli” çərçivəsində görülən işlərin miqyası o qədər genişdir ki, onların hamısını əhatə etmək mümkün deyil. Çünki 2022-ci il təkcə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın deyil, bütün işğaldan azad edilmiş ərazilərimizin dirçəlişinə xidmət edən addımlarla zəngindir. Dövlət başçısı İlham Əliyev müraciətində bu hədəfi də böyük əminliklə qeyd etdi ki, Böyük Qayıdış Proqramında bizim bütün planlarımız öz əksini tapıb. Cənab İlham Əliyev bu əminliyini də ifadə etdi ki, yüz minlərlə keçmiş köçkün yaxın gələcəkdə öz doğma yurd-yuvasına qayıdacaq.

“Heydər Əliyev İli” isə özündə daha möhtəşəm hədəfləri, çağırışları ehtiva edir. “Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurlar, qələbələr, bax, bu yolun təməlində dayanıb. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəli baxan Azərbaycanı cari ildə daha möhtəşəm uğurlar gözləyir. Qarabağ və Şərqi Zəngəzur bu il də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olacaq və bu məkandan bir daha “Qarabağ Azərbaycandır!” söyləyəcəyik.

Aydin İbadov,
Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmaz ərazi şöbəsinin rəisi.
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Gülnaz Dadaşova: "Kollektivimiz Vətən müharibəsi zamanı torpaqlarımızın ərazi bütovlüyü uğrunda şəhid olan hərbçilərin ailələrini və qazilərimizi daim diqqətdə saxlayır."
SOSİAL MÜAVİNƏTLƏR VƏ ƏMƏKHAQQILAR ARTIRILDI - Kimlərə şamil olunacaq? + SİYAHI (Yenilənib)
"Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir?" - Aqil Abbas
Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır