DataLife Engine / Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
Qazax rayonuna yeni polis rəisi təyin olunub.
APA-ya istinadən yayılan xəbərdə deyilir ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.
Ə.Əliyev yeni vəzifəyə təyinat almamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Qazaxın keçmiş polis rəisi, polis polkovniki Natiq Həsənov ötən ilin dekabr ayında əməliyyatdan sonra dünyasını dəyişmişdi.
22-02-2017, 13:33
Geri dön