DataLife Engine / Ağsu Rayon Təhsili Şöbəsində görülən uğurlu işlər həm şagirdlərin, həm də müəllimlərin gələcək fəaliyyətinlərinə müsbət təsir edəcək

Ağsu Rayon Təhsili Şöbəsində görülən uğurlu işlər həm şagirdlərin, həm də müəllimlərin gələcək fəaliyyətinlərinə müsbət təsir edəcək

Ağsu Rayon Təhsili Şöbəsində görülən uğurlu işlər həm şagirdlərin, həm də müəllimlərin gələcək fəaliyyətinlərinə müsbət təsir edəcək


Rayon Təhsili Şöbəsi cari tədris ilində qarşısına əsas vəzifələrdən biri kimi İx sinif şagirdlərinin buraxılış imtahanında yüksək nailiyyətlər əldə etməsini qoymuşdur. Bu məqsədlə Təhsil Şöbəsinin müdiri Əlmirzə Məmmədovun dəstəyi, metodiki kabinetin direktoru Elnur Fərzəlizadənin rəhbərliyi və nəzarəti, rayonun bir neçə gənc təşəbbüskar müəllimlərin iştirakı ilə şagirdlərlə əlavə olaraq məşğul olmaq üçün oktyabr ayından başlayaraq hər ayın proqramı və proqrama uyğun sınaq testləri hazırlanaraq məktəblərə göndərilmişdir. Hər ayın sonunda sınaq imtahanlarının nəticələri məktəblərdən yığılaraq təhlil edilmiş, bununla bağlı məktəb rəhbərlərinə lazımi tövsiyə və köməklik göstərilmişdir.

30.01.2022-ci il tarixdə mərkəzləşdirilmiş formada pandemiya qaydalarına uyğun olaraq sınaq imtahanları keçirilmiş nəticələr məktəblərin təqdim etdikləri nəticə ilə muqayisə edilmişdir. Nəticələri zəif olan şagirdlər üçün həftənin üç günü dərsdən sonra rayonun qabaqcıl xarici dil müəllimlərini dəvət etməklə təmənnasız olaraq onlara buraxılış imtahanlarına düşəcək mövzulara uyğun dərslər təşkil edilmişdir. Bu dərslərdə gənc qabaqcıl müəllimlərin ıstirak etməsi xüsusilə diqqət mərkəzində saxlanılır. Bu cür dərslərin keçirilməsi həm şagirdlər, həm də müəllimlərin gələcək fəaliyyətinlərinə müsbət təsir etmiş olacaq.
17-03-2022, 11:43
Geri dön