DataLife Engine / “YouTube” şəbəkəsinin “Bumerang Media” kanalında Ağsu şəhər sakini Haqverdiyev Dönməz Ləzgixan oğlunun müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B

“YouTube” şəbəkəsinin “Bumerang Media” kanalında Ağsu şəhər sakini Haqverdiyev Dönməz Ləzgixan oğlunun müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B

“YouTube”  şəbəkəsinin “Bumerang Media” kanalında  Ağsu  şəhər sakini Haqverdiyev  Dönməz  Ləzgixan  oğlunun  müraciəti ilə bağlı  yayımlanmış  video-informasiyaya T Ə K Z İ B


“YouTube” şəbəkəsinin “Bumerang Media” kanalında yayımladığınız 11.09.2020-ci il tarixli video-informasiyada Ağsu şəhər sakini Haqverdiyev Dönməz Ləzgixan oğlu çıxış edərək 05.02.2019-cu ildə baş vermiş zəlzələdən sonra evinə dəyən ziyanla əlaqədar etdiyi müraciətlərə baxılmadığından şikayətlənmiş və ona köməklik göstərilməsini xahiş etmişdir.
Video-müraciət tərəfimizdən araşdırılmışdır. Bildiririk ki, D.Haqverdiyevin yaşadığı Ağsu şəhəri, Koroğlu küçəsi, 16 nömrəli evə Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası tərəfindən baxış keçirilmiş və təmirə ehtiyacı olan ev kimi qeydə alınmışdır. D.Haqverdiyevin evinin təmiri üçün smeta sənədləri hazır olduqdan sonra podratçı təşkilat tərəfindən təmir işlərinə başlanılacaqdır.
Nəzərinizə çatdırırıq ki, D.Haqverdiyev evinə zəlzələdən ziyan dəyməsi ilə bağlı bu günə kimi Ağsu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət etməmiş, qəbulda olmamışdır. Odur ki, D.Haqverdiyevin müraciətlərinə baxılmaması barədə kanalınıza açıqladığı məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir və tələbi əsassızdır.
Bunları nəzərə alaraq “Youtube” şəbəkəsinin “Bumerang Media” kanalında yayımladığınız video-informasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyəti
14-09-2020, 11:52
Geri dön