DataLife Engine / Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B

Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B

Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B


“Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda

Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış

video-informasiya ilə əlaqədar

T Ə K Z İ B


Ağsu rayonunun Elabad kənd sakinləri (6 nəfər) 18 iyul 2020-ci il tarixdə “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanan video-materialdakı müraciətlərində guya Elabad kəndinə içməli su verilmədiyini və su olmadığından kənd sakinlərinin çətinlik çəkdiklərini bildirməklə bununla bağlı dəfələrlə müraciət etdiklərinə baxmayaraq aidiyyəti qurumlar tərəfindən heç bir tədbir görülmədiyindən şikayətlənmişlər.

Nəzərinizə çatdırırq ki, 2016-cı ildə kənd sakinlərinin müraciətləri əsasında Heydər Əliyev Fondunun göstərişi ilə “Regionlarda yerləşən kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması” layihəsi çərçivəsində Külüllü-Ağsu magistral su xəttindən dəyəri odənilməyən formada Elabad kəndinə içməli su xətti çəkilmiş, kənd ərazisində dörd yerdə bulaqlar quraşdırılmışdır. Bulaqlardan sutkanın 24 saatında içməli su verilişi təmin olunmaqla əhalinin istifadəsinə verilmişdir. Hazırda həmin bulaqlar kənd sakinlərini içməli su ilə fasiləsiz təmin edir.

Müvafiq araşdırma nəticəsində müəyyən olundu ki, video-materialda çıxış edən narazı kənd sakinlərinin müraciətinin əsas məqsədi bulaqların sayının çoxaldılması və onların yaşadığı məhəlləyə də yeni bulaqlar quraşdırılmasından ibarətdir. Halbuki, bu sakinlərin yaşadığı məhəllə ilə bulaqlar olan yerin arasındakı məsafə cəmi 200-300 metr təşkil edir. Odur ki, sakinlərin kənddə heç bir içməli su mənbəyinin olmaması barədə səsləndirdikləri fikirlər əsassızdır və həqiqəti əks etdirmir.

Məlumat üçün bildirirk ki, rayonun bir sıra kənd yaşayış məntəqələrinin, eləcə də Elabad kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Ağsu RİH tərəfindən aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır. Bu yaşayış məntəqələrinin müvafiq layihə əsasında içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlərin icrası Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində mərhələlərlə həyata keçiriləcəkdir.

Odur ki, yuxarda qeyd olunan dəqiqləşmiş məlumatları nəzərə alaraq bu Təkzibin informasiya blokunuzda paylaşılmasını xahiş edirirk.

Qeyd: Təkzib Ağsu Sukanal sahəsinin təqdim etdiyi 20 iyul 2020-ci il tarixli, 25 saylı rəsmi məktuba əsasən hazırlanmışdır.

Ağsu Rayon İcra Hakimiyyəti
22-07-2020, 10:36
Geri dön