DataLife Engine / Ağsu rayonunda vətəndaşı incidirlər - ŞİKAYƏT

Ağsu rayonunda vətəndaşı incidirlər - ŞİKAYƏT

Ağsu rayonunda vətəndaşı incidirlər - ŞİKAYƏT


Azərbaycan Respublikasinin prezidenti İlham Əliyev cənablarina
Surət: F.H.N. Kəmaləddin Heydərov cənablarina
Surəti:Baş prokuror Zakir Qaralov cənablarina

Ağsu rayon Niyazi Tagızadə 6 ünvaninda yaşayan Muradov Şəfagət Cəmaləddin oğlu tərəfindən
Ərizə:
Yazıb sizə bildirirəm ki, 6 fevral 2019 cu il tarixində Ağsu rayonunda baş vermiş zəlzələ nəticəsində biz yaşadığımız ev də ziyan çəkmişdir.
Cənab prezidentimizin insanlara göstərdiyi qayğı və xeyirxahlığı bir daha bu dar gündə Ağsulularla bir yerdə olmaq, onlara qayğısı cənab prezidentimizin bütün dünyaya nümunəvi prezident olmasının sübutudur.
Cənab prezidentimizin insanlara qayğısını lazımınca qiymətləndirməyən qüvvələr insanlarla kobud rəftarı dövlətimizə, rəhbərliyimizə qarşı insanları çaş-baş salır.
Biz yaşadığımız evə FHN ilə Ağsu rayon İcra hakimiyyəti orqanları baxış keçirib, bizim evə bərpa gücləndirmə rəyi verilib.
Nəhayət may ayında şirkətin adın gizli saxlanılan, lakin öz adları məlum olan Rauf və Vətər adlı şəxslər tərəfindən bizim evdə təmir işlərinə başlandı.
Gördüyü işlər son dərəcə bərbad vəziyyətdədir. Evin dam örtüyü bərbad vəziyyətdədir, evin dirəkləri çürüyüb sıradan çıxdığı halda, evin dam örtüyünün dəyişməsindən, evin sütunlarını dəyişmədən evi bir neçə yerdən 6-lıq armaturla və 40 mm mismarla divara bərkidib evi suvamağa başladılar.
Mən ondan tələb etdim ki, 1-ci evin dam örtüyünü dəyişib, sütunlarını dəyişib sonra evdə bərpa işlərini görün. Evdə olan bütün işıq-elektirik xətrlərini qıraraq sıradan çıxarıblar.
Mən ondan layihə ilə məni tanış etməsini xahiş etdim.
O mənə hər adama biz layihə göstərmirik cavabını verdi. Mən təəkidlə ondan soruşanda ki, mənim evim hansı matiriallarla bərpa olunmalıdır, layihə haqqında məlumat verin, o mənə sərt şəkildə bildirdi ki, mən sizə heç bir layihə göstərməyəcəm və hara istəyirsən şikayət et. Həmçinin o mənə hiddətlə bildirdi ki, mən sənin evimin layihəsini də ləğv elətdirəcəyəm. Həqiqətən də o, bizim evdə həmin gündən təmir işlərini dayandırdı və may ayının ortalarından bu günə kimi bizim evdə heç bir iş görülməyib. Hətta bir neçə dəfələrlə mənim ona etdiyim zənglərimə də cavab verməyib. Cəmi bizim evdə 10 gün iş görülüb.
Dəfələrlə mən iş icraçıları Rauf və Vətənin öz-başınalığı barədə FHN-nin Ağsu rayon üzrə Texnazoru Raminə, onun rəisi Rüfətə, Daxili tətqiqat idarəsi rəisi Elnur müəllimə, onun işçisi Rauf muəllimə, Mühəndis müəllimə, Madar müəllimə məlumat vermişəm. İndiyə kimi heç bir nəticə olmayıb.
Bu şikayətlərdən iş icraçısı Rauf və Vətən mənə qarşı hiddətlənib, mənim evimdə heç bir zaman iş görülməyəcəyini bildirdilər və hara istəyirsən get şikayət et deye cavab verdilər.
Doğrudanda dediyi kimi may ayından mənim evimdə heç bir iş görmədilər və hətta mənim telofonlarıma da cavab vermirlər.
Bundan başqa Rauf və Vətən gördüyü işlərdə ciddi nöqsanlara yol verirlər. İşlər saxtalaşdırılır, yeyintiyiyə yol verirlər. Bundan başqa onların başqa vətandaşların evində gördüyü işlər şişirdilir, keyfiyyətsiz işlərə insanlar aldadılır, armaturlar divarlara adi 40 mm-lıq mismarlarla bərkidilir. Vətəndaşların evlərinə ayrılan pulların çox faizi mənimsənilir.
Cənab prezidentimizin insanların rifahını və həyat tərzini yüksəltmək məqsədi ilə ayrılan pullar iş icraçıları Rauf və Vətən tərəfindən qara yollarla mənimsənilir.
Bundan başqa Rauf və Vətən vergidən yayınaraq işçilərlə əmək müqaviləsi bağlamayıb, işçilərlə İstehsalatda bədbəxt hadisələrə qarşı sığortalanmayıb, təhlükəsizliyə qarşı sığortalanmayıb, tikintidə təhlükəsiz avadanlıqları və təhlükəsiz geyimləri ilə işçilər təmin olunmayıb.
Odur ki bu və ya digər faktlar barədə iş icraçıları Rauf və Vətənin gördüyü işlərin Prokrorluq orqanı tərəfindən yoxlanılmasını onların cinayətlərinin üstünün açılmasını sizdən xahiş edirəm.
Xahiş edirəm ki, cənab prezidentimizin, birinci vitze prezident Mehriban xanımın insanlara olan qayğısını bəzi belə cinayətkarların kölgə salmasına yol verməyəsiniz.


İmza: Muradov.Ş.C
Tel: 070 336 30 40

9-09-2019, 14:53
Geri dön