DataLife Engine / İsmayıllıdakı vəziyyəti yalnız O düzəldə bilər... Və ya Professorun ŞOK yaradacaq GÜLMƏCƏLƏRi...

İsmayıllıdakı vəziyyəti yalnız O düzəldə bilər... Və ya Professorun ŞOK yaradacaq GÜLMƏCƏLƏRi...

İsmayıllıdakı vəziyyəti yalnız O düzəldə bilər... Və ya Professorun ŞOK yaradacaq GÜLMƏCƏLƏRi...
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bəzi rayonlarda başçılarının şəxsi biznesinin inkişafına xidmət etməkdən ibarətdir. Rayon icra başçıları proqramların icrası adı altında özlərinə yaxın olan iş adamlarını və ya sahibkarları bu layihələrə cəlb edir və külli miqdarda dövlət vəsaitini mənimsəyirlər. Bu barədə konkret rayonlar və konkret faktları qeyd edəcəyik.
Belə məmurlardan biri İsmayıllının icra başçısı Mirdamət Sadıqovdur. Əslən bu rayondan olan Mirdamət Sadıqov 3 ildir ki, icra başçısı postundadır. Onun mətbuatda pul verib yazdırdığı yazılarda (şifarişli yazılarda hərf səhvləri göz deşir.) qeyd olunduğu kimi, o, bir LİDERdir.
Üstəlik, sən demə ondan xahiş ediblər ki, İsmayıllıdakı vəziyyəti yalnız o düzəldə bilər və xahiş edirik bu rayona icra başçısı get. Sözün həqiqi mənasında ciddi məsələdir. Biz bildiyimiz kimi, icra başçısı təyinatını ölkə prezidenti ilham Əliyev həyata keçirir. Münasib bilinən adam icra başçısı təyin olunur. Daha xahiş zad olunmur.
Amma Mirdamət Sadıqovun pul verib özünü müdafiə etdirdiyi yazılarda isə qeyd olunur ki, ondan İsmayıllıya icra başçısı getməsi üçün xahiş olunub. Çünki, sən demə (bunu da yazıda belə qeyd edirlər) İsmayıllıların lideri, atası Mirdamət Sadıqov imiş. İsmayıllı sakinləri onu bir LİDER olaraq görür…
Yazılarda daha bir maraqlı fakt qeyd olunur. Bildirilir ki, Mirdamət Sadıqov Azərbaycandakı məmurların əksəriyyətindən varlı, imkanlıdır və onun pula, xərac yığımına ehtiyacı yoxdur. Lap gözəl… Əgər elədirsə, İsmayıllı rayonundan gələn şikayətlər, işsiz vətəndaşları narazılığı nədən yaranır?
Və bir də özünü hakimi-mütləq sayan çox hörmətli professorun artıq nəinki İsmayıllıda, bütün Respublikada yayılan lətifəyəbənzər hərəkətləri barədə. Bu yazımızda onlardan ikisini hörmətli oxucularımızın nəzərinə çatdırmaqla söz veririk ki, növbəti yazılarımızda da müntəzəm olaraq cənab başçının belə əndrabadi hərəkətləri barədə söz aşacağıq:

Sənə bir ər də taparam...
İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqov "qəbul günü" kənd adamlarına bildirir ki, bu gün ancaq rayon sakinlərini qəbul edir. Başçının qəbuluna gələn kənd sakinlərdən biri - bir az yaşlı qadın uzaq kənddən gəlmişəm deyir, bir - iki kəlmə sözüm var... Başcı: Sabah sizin kənd sakinlərini elə yaşadığınız kənddə qəbul edərəm, bildirir, sonra yanında oturan adamdan nəsə soruşur və getməkdə olan xanımı geri çağıraraq hamının eşidəcəyi tərzdə: " Sabah geyiminə yaxşı-yaxşı baxarsan, orda sənə bir ər də taparam”, deyir.

Yoldaşını da çimizdir
Sakin: Hörmətli başçı, mənim evimin damı yağış yaganda damır. Mənim sizdən bir xahişim odur ki, özüm pensianerəm. Aldığım pensiya damın təmiri üçün kifayət etmir. Məni bir işlə təmin edərdiniz. Aldığım maaşımlaevimi təmir edə bilim.
Mirdamət Sadıqov: Yağış daman yerə ləyən qoyun.
Sakin: Mirdamət müəllim, ləyən tez-tez dolur. Özüm də yaşlı adamam, yoldaşım da neçə illərdir xəstə yatır.
Mirdamət Sadıqov: Bir az yekə ləyən qoy, elə onun içində yoldaşını da çimizdir.
Peşmançılıq hissi ilə geri qayıdan rayon sakini özünü təhqir etmiş hesab edir. İsmayıllı RİH-nin başçısı Mirdamət Sadıqov bu cür əməllərinə görə rayon sakinlərin qəzəbinə tuş gəlib. Araşdırmalarımız davam etdiyi üçün bir neçə məlumatları yayımlamırıq.

azerinform.az
16-03-2017, 16:56
Geri dön