DataLife Engine / Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır

Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır

Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır


Ağsu Tədris Mərkəzi 2020-ci ilin sentyabr ayının 15-dən fəaliyyətə başlamışdır. Mərkəzin təməli Ağsu təhsilinə təkan vermək məqsədilə rayonun tanınmış, adının çəkilməsini istəməyən xeyirxah və hörmətli insanının təşəbbüsü ilə qoyulmuşdur. Mərkəzin yaradılmasında ideya müəllifi isə keçmiş Ağsu Bilik Hazırlıq Mərkəzinin rəhbəri Güvənc Mirzəxanovdur. Daha sonra Ağsu Bilik Hazırlıq Mərkəzinin adı dəyişdirilərək Ağsu Tədris Mərkəzi adı altında fəaliyyətə başlamışdır. Fəaliyyətindən keçən qısa müddətdə ATM öz qəbul nəticələri ilə də diqqət çəkmişdir. Elə ilk ilindəcə 29 nəfər qəbul vermişdir. Həmin 29 abituriyentin 22 nəfəri dövlət sifarişli(ödənişsiz), digər 7 nəfəri ödənişli əsaslarla təhsil alırlar. Tələbə adını qazananlardan yalnız biri özəl üniversitetdə təhsil alır.
Ağsu Tədris Mərkəzində aprel, may aylarındaa qəbul imtahanı keçirilir. İmtahanda iştirak edən şagirdlərin sonradan mərkəzə qəbuluna başlanılır.
Mərkəzdə əsasən 5 istiqamətli hazırlıq proqramı həyata keçirilir. Bunlar aşağıdakılardır:
✅ Erkən inkişaf qruplarında hazırlıq (3-4 yaş)
✅ Məktəbəqədər qruplarda hazırlıq (5-6 yaş)
✅ İbtidai qruplarda hazırlıq (1-4-cü sinif)
✅ Təkmilləşdirmə qruplarında hazırlıq (5-8-ci sinif)
✅ Abituriyent qruplarında hazırlıq (9-11-ci sinif)

Bundan əlavə tədrisin kefiyyətini yüksəltmək məqsədiylə mərkəzdə aydaxili hər proqram üzrə sınaq imtahanları təşkil edilir. Eyni zamanda şagirdlərin dərs kefiyyətinin artırılması üçün müəllimlər tərəfindən ödənişsiz əlavə dərslərin tədrisi mərkəzin tədris proqramında prioritet məsələlərdəndir. Mərkəzdə şagirdlər minimal 6, maksimal 10 nəfərlik qrup halında təhsil alırlar. Onlar dərslərə qoşulmadan öncə imtahan edilərək öz bilik səviyyələrinə uyğun qruplarda yerləşdirilir.
Mərkəzdə şagirdlər pedaqoqlar tərəfindən onların tədris proqramlarına uyğun tərtib edilmiş proqram əsasında təhsil almağa başladıqları vaxtdan etibarən daimi nəzarətdə saxlanılır. Həftəlik nəzarət texnikası ilə şagirdin hazırlıq səviyyəsi haqqında valideynlərə məlumat verilir. Mərkəzdə dərslər daimi kamera nəzarətində saxlanılır. Bütün dərs otaqlarına eyni zamanda nəzarət edilir. Mərkəz bütün müasir texniki avadanlıqlarla, istilik və nəzarət sistemi ilə tam təmin edilmişdir. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün bütün şərait yaradılmışdır.
Eyni zamanda mərkəzdə şagirdlərin hərtərəfli yetişməkləri üçün müxtəlif sosial fəaliyyətlər təşkil edilir. Müxtəlif bilik yarışları, müxtəlif oyunlar və yarışların təşkili üçün imkanlar yaradılıb. Geniş oyun meydançası da bu məqsədlə hazırlanmışdır.
Mərkəzdə çalışan pedaqoqlar ali təhsilli, yüksək pedaqoji təcrübəyə malikdirlər. Mərkəzin sosial şəbəkə hesablarında onlar haqqında geniş məlumat verilmişdir. Mərkəzin müəllim heyəti şagirdlərin savadlı, vətənpərvər, əxlaqlı yetişməkləri üçün əllərindən gələni etməkdədirlər. Hər bir şagirdə fərdi yanaşmaqla onların gələcək həyatlarına müsbət formada təsirlər göstərmək onların əsas fəaliyyət istiqamətlərini təşkil edir. Şagirdlərin dərs kefiyyətinə daha yaxşı nəzarət məqsədiylə mərkəzin idarəetmə sturukturunda tədris işləri üzrə 2 müavinlik fəaliyyət göstərir. Tədris məsələlərinə nəzarət etməklə mütəmadi olaraq valideynlərlə əlaqə saxlanılması və onların məlumatlandırılması, şagirdlərlə və valideynlərlə iclasların təşkili həyata keçirilir.
Mərkəzdə hər sinif üzrə minimal 5-6 fənn olmaqla tədris həyata keçirilir. Mərkəzdə hər fənn üçün ayrılıqda deyil ümumi olaraq təhsil haqqı ödənilir və bu ayrı-ayrı fəndən hazırlıq keçərkən ödənilən təhsil haqqı ilə müqayisədə daha aşağıdır. Belə ki, təhsil haqqı ortalama 100 azn olmasına baxmayaraq hər ailənin sosial durumu da nəzərə alınır. Bundan əlavə kursda bir və ya hər iki valideynini itirmiş, şəhid, qazi və imkansız ailələrin övladları ya pulsuz ya da yüksək endirim şərtləri ilə təhsil alır.Hazırda Tədris Mərkəzində bu kateqoriyaya aid olan 43 şagird təhsil alır.

Mərkəzə rayon kənarı kəndlərdən şagirdlərin daha rahat gəliş-gedişini təmin etmək məqsədiylə servis (avtobus) xidməti də fəaliyyət göstərir. Mərkəzdə şagirdlər üçün ödənişsiz kitabxana fəaliyyət göstərir.
Qeyd:
Mərkəzin qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır. Bütün vətəndaşlarımızın, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin onları maraqlandıran bütün suallarını istənilən saatda cavablandırmağa hazırıq.


Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
Ağsu Tədris Mərkəzi qapıları istənilən vaxt hər bir kəsin üzünə açıqdır
12-01-2022, 13:26
Geri dön