DataLife Engine / Ağsu Rayon Mərkəzi Xəstəxanası: Xeberci.org-un rəhbəri Rüstəm Zahidoğlunun gözü ilə - TƏŞƏKKÜR

Ağsu Rayon Mərkəzi Xəstəxanası: Xeberci.org-un rəhbəri Rüstəm Zahidoğlunun gözü ilə - TƏŞƏKKÜR

Ağsu Rayon Mərkəzi Xəstəxanası: Xeberci.org-un rəhbəri Rüstəm Zahidoğlunun gözü ilə - TƏŞƏKKÜR



Mən Rüstəm Zahidoğlu bu gün anamın əməliyyat olunması ilə əlaqədar olaraq, Ağsu Rayon Mərkəzi Xəstəxanasında oldum. Bir jurnalist kimi deyildə, bir vətəndaş kimi yaradılan şəraiti çox bəyəndim. Yalnız mənə deyil, bütün xəstələrə baş həkim Əli Hüseynovun şəxsən nəzarəti altında tibbi personal yüksək qayğı və diqqət göstərirlər. Gələn xəstələr səbrlə dinlənilir onlara lazımı tibbi məsləhət və göstərişlər verilir. Dünən gecə saatlarında bir məsələ ilə bağlı məsləhət almaq üçün Əli Hüseynovun kabinetinə tərəf getdim. Düşündüm ki, yəqinki bu vaxtı həkim xidməti otağında olmaz. Lakin Əli həkimi yenə iş otağında iş başında gördüm. Bu bir Ağsulu olaraq qürurlandırdı məni. Saatından, dəqiqəsindən asılı olmayaraq öz şərəfli peşəsini sevə-sevə usanmadan yerinə yetirən Əli Hüseynov başda olmaqla Ağsu Mərkəzi Xəstəxanasının bütün kolləktivinə yaradılan şəraitə görə sonsuz təşəkkürümü bildirirəm.
6-01-2022, 01:28
Geri dön