DataLife Engine / BAKIDA DƏHŞƏTLİ QƏZA: yük maşını avtobusa çırpılıb - 5 nəfər ölüb, 21 nəfər yaralanıb + FOTOLAR/VİDEO (Yenilənib)

BAKIDA DƏHŞƏTLİ QƏZA: yük maşını avtobusa çırpılıb - 5 nəfər ölüb, 21 nəfər yaralanıb + FOTOLAR/VİDEO (Yenilənib)

BAKIDA DƏHŞƏTLİ QƏZA: yük maşını avtobusa çırpılıb - 5 nəfər ölüb, 21 nəfər yaralanıb + FOTOLAR/VİDEO (Yenilənib)

"Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralananlardan 16 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib". “Report” xəbər verir ki, bunu "Real TV"yə Sabunçu Tibb Mərkəzinin şöbə müdiri Məhəmməd Məmmədov deyib.

O qeyd edib ki, yaralılardan ikisi əməliyyat olunub: “Dörd nəfərin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Dörd nəfərin vəziyyəti isə yüngül olduğu üçün amblator müalicəyə göndərilib. Digərləri isə hazırda həkim nəzarətindədir. Bizim xəstəxanaya gətirilənlərdən dünyasını dəyişən olmayıb. Yaralanalardan birinin dalağı zədələndiyi üçün çıxarılıb. Digər bir nəfərdə isə ayaq baldırdan amputasiya olunub. Qalan şəxslərin vəziyyəti orta və kafidir”.

***

Aeroport yolunda yük maşınının sərnişin avtobusuna çırpılması nəticəsində xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb. Bu barədə “Report”a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Onlardan 11-i kişi, 10-u qadındır.

Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, bu, saat 09:00-a olan məlumatdır. Bildirilib ki, qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.
13-10-2021, 11:47
Geri dön