DataLife Engine / Almaniyadan deportasiya edilən 32 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Almaniyadan deportasiya edilən 32 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Almaniyadan deportasiya edilən 32 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Martın 31-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 32 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, readmissiya olunan vətəndaşlar Heydər Əliyev Beynəlxalq Aeroportunda DMX-nin əməkdaşları tərəfindən ailə üzvlərinin iştirakı ilə qarşılanıblar: "Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib. 31 nəfər Azərbaycan vətəndaşı ailələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar. Readmissiya olunan şəxslərdən biri qalmağa yeri olmadığından, yaşayış yeri ilə təmin olunmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Şəxsin müraciəti müsbət həllini tapıb. O, Xidmətin Bakı şəhərindəki müvafiq saxlama mərkəzində müvəqqəti yerləşdirilib. Bu gün isə həmin şəxs yaxın qohumları tərəfindən yaşayış yeri ilə təmin olunub".

"Faliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər görür", məlumatda bildirilib.
1-04-2021, 14:01
Geri dön