DataLife Engine / Brilliant oğlunun hərəkətindən danışdı: “Onun şərab biznesi...”

Brilliant oğlunun hərəkətindən danışdı: “Onun şərab biznesi...”

Brilliant oğlunun hərəkətindən danışdı: “Onun şərab biznesi...”

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin sosial şəbəkədə “Fairmont Baku” otelində baş verənlərlə bağlı yazdığı zarafatyana fikirlər səs-küyə səbəb olub.

Onun “facebook” hesabında ingilis məsəli olan “İşverənlər, siz incimisiniz ki, sizi otelə dəvət etməyiblər” – deyə yazması birmənalı qarşılanmayıb. C.Hacıyev milləti təhqir etməkdə ittiham olunub.

Yenisabah.az-a danışan Xalq artisti Brilliant Dadaşova oğlunun sözügedən yazısının yumoristik xarakter daşıdığını deyib və onun heç kimi təhqir etmədiyini bildirib:

“Millətlə əlaqəsi yoxdur, öz facebook hesabında öz ətrafı ilə zarafat edib. Zarafat edərkən insan düşünməlidir ki, bunu mütləq pis tərəfə yozacaqlar? Xalq düşmənini mənim evimdə axtaranlara Allah kömək olsun. Hər ağır situasiyanı zarafata çevirib gərginliyi azaltmaq üçün insanda yumor hissi olmalıdır. Mənim uşağımın ora ilə yaxından-uzaqdan əlaqəsi olmadığı halda, sadəcə Bakıda gündəm yaradan xoşagəlməz situasiyanı zarafata çevirmək cəhdinin bu dərəcə sözbazlıq yaratmasını nə adlandıraq bilmirəm. Biz onsuzda pərişanıq. Hazırda bütün düya gərginlik içərisindədir, o cümlədən də, bizim ölkəmiz və ailəmiz. Hamımız deppresiyadayıq, hamımız yaxınlarımızı itiririk, amma çalışırıq ki, əhval ruhiyyəmizi yüksək saxlayaq. Əslində onları tanıyıb, ifşa etmək siz jurnalistlərin öhdəsinə düşür”.

Sənətçi onun övladına şər atan media orqanlarını məhkəməyə verəcəyini də açıqlayıb:

“Sosial şəbəkələrdə ailəm haqda yanlış məlumatlar yayılır. Bəzi saytlar, sosial media nümayəndələri yazırlar ki, mənim oğlumun guya şərab biznesi var, viski satır. Kimsə Eyfel qülləsinin qarşısında şəkil çəkdirirsə, bu o deməkdir ki, onun Eyfel qülləsi var? Cahad haçansa bir-iki şəkil çəkdirib, bu onun şərab biznesinin olması demək deyil. Açıq-aydın onun fikirlərini təhrif edirlər, şər-böhtan atırlar. Məhkəmədə sübut etsinlər ki, haradadır o şərab biznesi, biz də tanıyaq haradadırsa. Bunu sübut edə bilməyəcəklərinə görə bəzi saytlardan təzminat alacağam. Hazırda vəkilimlə danışıram, onları böhtan atdıqlarına görə məhkəməyə verəcəyəm. İkincisi, mənim oğlum, o sözü istehza ilə yazıb. Yenə deyirəm, bir insan çox gərgin situasiyanı yumşaltmaq üçün onu yumora çevirə bilirsə, bu onun intellektinin məhsuludur. Niyə şər-böhtanla məşğulsunuz?! Mən elə hesab edirəm ki, Cahadın aztəminatlı ailələrin övladlarının oxuması üçün, onların pulsuz hazırlaşması üçün iki il yarım üzərində işlədiyi layihəni gözü götürməyənlər onun haqqında belə yanlış məlumatlar yayırlar. Onun haqqında yanlış imic formalaşdırmaq istəyirlər. Halbuki Cahad illərlə o proyektin üzərində işləyib və həmin proyekt tamamilə aztəminatlı ailələrin uşaqlarına yönəlib. Bu layihə üçün öz cibindən külli miqdarda vəsait xərcləyib”

Brilliant oğlunun hərəkətindən danışdı: “Onun şərab biznesi...”
6-07-2020, 15:14
Geri dön