Bütün xəbərlər

Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev

Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev





















Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən MƏMURlardandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Vüqar Əliyevi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Vüqar müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Vüqar müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu.“

Bunu Azerinform.az-a Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev bildirib.

Bir azərbaycanlı olaraq Müzəffər ordumuzla qürur duyduğunu vurğulayan şəhər ziyalısı deyib: “Son 200 ildə ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, soydaşlarımızı dədə-baba yurdlarından zorla qovublar. Mənfur qonşumuz, eyni zamanda, 30 ilə yaxındır ki, ərazimizin 20 faizini işğal altında saxlayıb və xarici havadarlarının dəstəyi ilə mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədib, dinc əhalini vəhşicəsinə qətlə yetirib, yaşayış məntəqələrini yerlə-yeksan edib, qəbiristanlıqları dağıdıb. Bu, əsl, faşist qəddarlığıdır.

Noyabrın 8-də qəhrəman əsgər və zabitlərimiz Qarabağımızın gözbəbəyi olan Şuşa şəhərini işğaldan azad etdi. 10 noyabr isə xalqımız üçün Zəfər bayramı, Qələbə günü kimi tarixə düşdü. Biz qalib ölkə olaraq Ermənistana kapitulyasiyanı imzalatmağı bacardıq. Bu o deməkdir ki, onlar yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlub oldular. İşğal olunmuş ərazilərdən didərgin düşmüş 1 milyon məcburi köçkünümüz öz doğma yurdlarına qayıtmaq arzularına qovuşdu və dədə-baba torpaqlarında öz həyatlarını yenidən qurmaq imkanı qazandı. Vətən müharibəsindəki qələbə tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi”.

Vüqar Əliyev sonda deyib:“Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Azerinform.az
loading...
SORĞU
Оцените работу движка
Лучший из новостных
Неплохой движок
Устраивает ... но ...
Встречал и получше
Совсем не понравился

Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev
"Necə yəni bir var-yox qardaşı olana şəhid ailəsi statusu verilmir?" - Aqil Abbas
Şəhid dəfnlərində verilən əzaların doğurduğu reaksiya
Buğdaya qadağa götürülür: - “Azərbaycan hökuməti çörəyi ucuzlaşdıracaq”
Azərbaycanda mina aşkarlayan robot hazırlanıb - FOTO
ƏN ÇOX OXUNANLAR
FOTOFAKT
"Azərbaycan Ordusunun hərbçilərinə təşəkkür edirəm" - Erməni terrorçu (YENİLƏNİB)
Bakıda yeni doğulmuş körpəni zibil yeşiyinə atdılar
Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…
Avropa oyunlarında Gürcü idmançının cinsi orqanını dişlədiyinə görə idmandan birdəfəlik qavuldulan ERMƏNİ Avropa Appelyasiya Məhkəməsini necə uddu?
Agcəbədidə blıqlar qırılır