DataLife Engine / Kibrit çöpündən hazırlanan qeyri-adi xariqələr

Kibrit çöpündən hazırlanan qeyri-adi xariqələr

Kibrit çöpündən hazırlanan qeyri-adi xariqələr
Kibrit çöplərindən, taxta qırıntılarından müxtəlif maketlər, şüşə və saxsı qablar üzərində rəngarəng naxışlar, yun və pambıq liflərindən hörmə təsvirlər. Bu sənət növlərinin hamısı Gəncənin Məhsəti Mədəniyyət Mərkəzində inkişaf etdirilir və gənclərə öyrədilir.
azerinform.az ARB 24-ə istinadən xəbər verir ki, İlham Axundzadə kimi digər uşaq və yeniyetmələrin də dekorativ-tətbiqi sənətə marağı getdikcə artmaqdadır.
Gəncədə fəaliyyət göstərən Məhsəti Mədəniyyət Mərkəzi onlara bu sənətin sirlərini öyrənməkdə kömək edir. İkinci böyük şəhərin mədəni həyatında mühüm rol oynayan mərkəzdə şüşə və keramik qablar üzərində ornamentlər, kiçik taxta fraqmentlərindən müxtəlif maketlər və kompozisiyalar hazırlanır. Onların içərisində minlərlə kibrit çöpündən hazırlanan Nizami məqbərəsi xüsusilə diqqət çəkir. Tətbiqi sənətdə xalq yaradıcılığı üslubunun öz əksini tapması maraqlı nümunələrin ərsəyə gəlməsilə nəticələnir. Burada sərgilənən hörmə portretlər, yığma tablolar, keramik və şüşə kompozisiyalar da bu qəbildəndir. Məhsəti Mərkəzində mütəmadi olaraq respublika və beynəlxalq yaradıcılıq tədbirləri təşkil olunur. Bu da gəncəli məktəblilərə əl işlərini nümayiş etdirməyə imkan yaradır.
[media=http://daytube.az/az/videos/44421/]
4-03-2017, 12:48
Geri dön