DataLife Engine / “Nar”dan ingilis dili öyrənmə tətbiqinə 70% endirim!

“Nar”dan ingilis dili öyrənmə tətbiqinə 70% endirim!

“Nar”dan ingilis dili öyrənmə tətbiqinə 70% endirim!


“Nar” uşaqların əylənərək ingilis dili öyrənməsi üçün yaradılmış LingoKids tətbiqini 70% endirimlə təqdim edir. Beləliklə, aylıq 25.50 AZN qiyməti olan tətbiqi “Nar” abunəçiləri ayda cəmi 7.70 AZN-ə əldə edə bilər. Bundan başqa, “Nar” abunəçiləri tətbiqdən bir ay pulsuz istifadə edə bilər.

LingoKids tətbiqi sayəsində övladlarımız hər bir uşağın öyrənmə sürətinə avtomatik uyğunlaşan və çətinlik səviyyəsini dəyişən interaktiv oyunlar, videolar, mahnılar və s. vasitəsilə ingilis dili biliklərinə yiyələnirlər.

Tətbiq uşaqlar üçün həm də ünsiyyət və diqqət bacarıqlarını təkmilləşdirməyə, yaradıcı və tənqidi yanaşma bacarıqlarını inkişişaf etdirməyə yardımçı olur.

Nar.az/lingokids səhifəsinə daxil olaraq “Nar”dan güzəşt kuponu əldə edə bilərsiniz.
26-08-2022, 15:12
Geri dön