DataLife Engine / “Bakcell”dən Şuşada növbəti yenilik

“Bakcell”dən Şuşada növbəti yenilik

“Bakcell”dən Şuşada növbəti yenilik


Bakcell bu gün Şuşada daha bir layihəni reallaşdırdığı barədə məlumat yayıb. Qarabağa qayıdış prosesi çərçivəsində burada şəbəkəsini genişləndirdiyini bildirən şirkət bu dəfə Şuşada Wi-Fi şəbəkəsi qurub. Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində təqdim olunan pulsuz Wi-Fi xidmətindən istifadə edəcəklər.

Bakcell şəbəkəsi 2021-ci ildə növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" mükafatına layiq görülüb.

Qeyd edək ki, Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir.
22-04-2022, 14:00
Geri dön