DataLife Engine / "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsus şirkət ləğv olunur

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsus şirkət ləğv olunur

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə məxsus şirkət ləğv olunur

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Dənizçilər poliklinikası” MMC ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, ev 120A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, sözügedən şirkət vaxtilə ASCO-nun balansında olmuş, sonradan isə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi) təhvil verilmiş, hazırda Dövlət Gömrük Komitəsinin balansında olan “Mərkəzi Dənizçilər Xəstəxanası”nın idarə edilməsi məqsədi ilə yaradılıb.

29-01-2021, 13:50
Geri dön