DataLife Engine / "Devalvasiya zərurəti yoxdur"- İqtisadcı T.Hüseynli

"Devalvasiya zərurəti yoxdur"- İqtisadcı T.Hüseynli

 "Devalvasiya zərurəti yoxdur"-  İqtisadcı T.Hüseynli

"Dövlətin artıq, daha mükəmməl, daha səlis bütün qeydiyyatın aparılması istiqamətində gördüyü işlər nəticəsində iqtisadiyyatdan gözlədiyimiz uğurları əldə edə biləcəyik".

Bu sözləri iqtisadcı Tural Hüseynli ölkədə iqtisadiyyatın aşkarlığı istiqamətində görüləcək işlərdən bəhs edərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət, eləcə də bu pandemiya halı ilə bağlı iqtisadiyyatda olan gərginliklər, həmçinin müəyyən problemlər iqtisadiyyatın qarşısında qoyduğu çətin sualları aydınlaşdırmaq üçün heç şübhəsiz ki, zamana ehtiyacın olacagını vurgulayıb: "Ölkə iqtisadiyyatının birinci rübünün sonluğuna dair göstəricilər də onu ortaya qoydu ki, Azərbaycan iqtisadiyyatı dayanıqlıdir və bu mövcud dayanıqlılıq da özünü bu şəkildə biruzə verdi. Hətta bildirmək istərdim ki, proqnozlardan da məlum olduğu kimi büdcəyə daxilolmalar artım vəsaitlərinin qəbul olunması ilə yekunlaşdı. Lakin bu günlərdə, şübhəssiz ki, İqtisadiyyat Nazirliyinin də açıqladığı kimi pandemiya ilə əlaqədar ölkə iqtisadiyyatı hər gün 100 milyondan artıq vəsaitlə ziyana uğramış olur. Statistikalara əsasən müəyyən olunub ki, artıq bir qədər problemlərimiz var".Millət vəkili vurğulayıb ki, hazırda problemlər üzrə artıq araşdırmalar aparılır və bu araşdırmalar nəticəsində də problemlərin aradan qaldırılması istiqamətdində işlər müəyyənləşir: "Ölkədə istər işsizlik səviyyəsinin müəyyənləşməsi və işsiz şəxslərin siyahıya alınması ilə bağlı, istər kölgə iqtisadiyyatı ilə bağlı müəyyən problemlərin də olduğu üzə çıxdı. Buna görə də, post-pandemiya dövründə, məhz, iqtisadiyyata əsaslanmış düzgün istiqamət Azərbaycan iqtisadiyyatının şəffaflaşmasına gətirib çıxaracaqdır. Belə ki, ən əsası işçi kimi fəaliyyət göstərən, lakin, rəsmi qeydiyyatda olmayan şəxslər yeni mərhələdə artıq rəsmi olaraq qeydiyyata alınacaqlar. Bu da iqtisadiyyatın kölgədən çıxarılması istiqamətində mühüm addımların əsasını təşkil edəcək. Dövlətin artıq, daha mükəmməl, daha şəffaf və daha səlis qeydiyyatın aparılması istiqamətində gördüyü işlər nəticəsində iqtisadiyyatdan da gözlədiyimiz uğurları edə biləcəyik".

Ölkədə devalvasiya gözlənilirmi? sualına da iqtisadçı aydınlıq gətirib:“Tədiyə balansı manatın məzənnəsi üçün ən böyük riski formalaşdırır. Bilsək ki, hökumət məzənnəni saxlamaq üçün nə qədər pul xərcləyir, hansısa fikir yürüdə bilərik. Ümumilikdə isə neftin indiki qiymətləri qalarsa, düşünürəm ki, devalvasiya arxa plana keçəcək. Yəni o qədər risk gözləmirəm. Lakin burada iqtisadi faktorlardan əlavə, siyasi qərar da rol oynayır. Mən iqtisadçı kimi hesab edirəm ki, devalvasiya zərurəti yoxdur” – T. hüseynli qeyd edib.


pressa12.az
22-06-2020, 15:51
Geri dön