DataLife Engine / Azərbaycanda bu araqlara KEÇİ SÜDÜ və BAL qatılır - Video

Azərbaycanda bu araqlara KEÇİ SÜDÜ və BAL qatılır - Video

Azərbaycanda bu araqlara KEÇİ SÜDÜ və BAL qatılır - Video


“Az-Granata” MMC-nin meyvə şirələri və şərab emalı zavodu Cənubi Qafqazın ən böyük istehsalçısıdır.

Xeberci.info bildirir ki, “Az-Granata” zavodunun 75 nəfərlik dequstasiya zalı beynəlxalq şərab dequstasiyası qaydalarına uyğun şəkildə dizayn edilib. Dequstasiya zalının nəznində kiçik şərabçılıq muzeyi də yaradılıb.

Dequstasiya zalında zavod rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən digər şərab zavodlarının hər birinin xüsusi stendi qurulub və həmin zavodların məhsulları özlərinə məxsus stendlərə yerləşdirilib.

Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən zavodda 2013-cü ildən sənaye üsulu ilə Azərbaycanın qədim spirtsiz içkisi olan “Abqora” istehsalına başlanılıb.

Müəssisənin Şotlandiya texnologiyasına uyğun hazırlanan “Whisky”, meyvə və giləmeyvə likör şərabları, Azərbaycanda ilk dəfə olaraq qazlaşdırılmış nar şərabı, “Badikubə” muskat rakiyası, keçi südü əsasında istehsal edilən spirtli içkilər, şirə və şərab məhsulları nəinki respublikamızda, xarici bazarlarda da tanınır. Zavodun əsas özəlliklərindən biri də istehsal etdiyi araqlara keçi südü və bal qatmasıdır. Bildirilir ki, hər il 7 ton keçi südü və 17 ton bal istehsal prosesi zamanı istifadə olunur.

Qeyd edək ki, bu yaxınlarda Bakıda “Az-Granata” adlı premium şərabların tanıtım və dequstasiyası həyata keçirilib. Tədbirə qatılanlar bu şərabların fərqli və gözəl dada malik olduğunu bildiriblər.

Daha ətraflı videoda:

21-12-2019, 15:08
Geri dön