DataLife Engine / “Bakcell” və “INNOLAND” Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir

“Bakcell” və “INNOLAND” Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir

“Bakcell” və “INNOLAND” Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir















Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Waves” Platforması ilə Bakıda təşkil olunacaq “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışması barədə məlumat sessiyası keçirib.

Tədbir zamanı martın 8-9-da “INNOLAND” mərkəzində keçiriləcək “Blokçeyn inteqrasiyası üzrə hackathon” yarışmasında iştirak etmək istəyən startapçı və developerlərə yarışma haqqında ətraflı məlumat verilib. Blokçeyn sahəsində Azərbaycanda ilk dəfə keçiriləcək bu hackathon sayəsində yerli startap, developerlər bu texnologiyadan öz layihələrində daha geniş şəkildə istifadənin yollarını öyrənəcəklər. Yarış iştirakçıları blokçeyn ilə token əməliyyatları üzrə mərkəzləşdirilməmiş qlobal platforma olan “Waves Platforması”ndan istifadə edərək müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Yarışmanın ümumi hədiyyə fondu 500 Waves tokendən ibarətdir. Qeyd edək ki, hazırda 1 Waves tokeni təxminən 2,6 dollara bərabərdir.

Xatırladaq ki, keçən ilin sonunda “Bakcell” şirkəti ilə “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin tərəfdaşlıq Azərbaycanda startap mədəniyyətinin formalaşdırılması, bu hərəkatın geniş vüsət alması, innovativ təşəbbüskarlıq ruhunun və startap ekosisteminin inkişaf etdirilməsi, mövcud startapların dəstəklənməsi, ölkəmizdə innovativ təşəbbüslərin mövcud iqtisadi proseslərə tətbiqinə şəraitin yaradılması, müxtəlif kəşf, ixtiraların işlənib və hazırlanmasına maraqoyadıcı amilin formalaşdırılması və innovasiyaların inkişafına əsaslanan digər tədbirlərin görülməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan şirkət daim yerli startapların inkişafı, təhsil, elm və texnologiya sahəsində həyata keçirilən layihələrə öz dəstəyini əsirgəmir. “Bakcell” müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. “Bakcell”in 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən çox baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-“Bakcell” abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

“Bakcell” və “INNOLAND” Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir“Bakcell” və “INNOLAND” Azərbaycanın ilk blokçeyn hackathon yarışmasını elan edir
28-02-2019, 11:22
Geri dön