DataLife Engine / Azərbaycan karateçisi Avropa üçüncüsü olub

Azərbaycan karateçisi Avropa üçüncüsü olub

Azərbaycan karateçisi Avropa üçüncüsü olub
Karate üzrə 14-15 yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandasının üzvü Ayla Rzazadə (54 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatın birinci günündə medal əldə edən A.Rzazadə ilk dəfə qatıldığı rəsmi yarışda nəticə göstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoyub.
Yarışda Tale (52 kq) və Tural Yaqubov (63 kq) qardaşları və Ceyhun İsmayılov (kata) təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də, son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25-ci yerləri bölüşür.
Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 21 yaşadək idmançılar mübarizəyə qatılacaqlar.
Qitə çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.
18-02-2017, 17:16
Geri dön