DataLife Engine / MƏNİM POLİSİM MƏNİ QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır

MƏNİM POLİSİM MƏNİ QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır

MƏNİM    POLİSİM    MƏNİ   QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır

Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisimizin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir.Bu gün xalqımız, həmçinin də qubalılar yaxşı bilir ki,ölkəmizin inkişafını, beynəlxalq aləmə inteqrasiyasını gözü götürməyən antiazərbaycan qüvvələr yerlərdəki xəyanətkar və satqın əlaltıları vasitəsilə qarşıdurma yaratmaq üçün bütün vasitələrdən istifadə edirlər. Son vaxtlar isə polisi gözdən salmaq üçün cilddən-cildə girir, minbir fitnə-fəsada əl atırlar. Belə xəyanətkarlar sanki unudurlar ki, müstəqillik illərində polis orqanları kifayət qədər böyük inkişaf yolu keçib. Ölkəmizdə, o cümlədən də Qubada baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Müsahiblərimiz o fikri də vurğuladılar ki,Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illər hər birimizin gözləri önündədir. Həmin dövrdə baş verən hadisələr heç vaxt yaddaşlardan silinməz. 1993-cü ilə qədərki vəziyyəti yaxşı xatırlayırıq.Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar.
MƏNİM    POLİSİM    MƏNİ   QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır
Dəfələrlə şahidi olmuşuq ki, polis əməkdaşları vətəndaşlarımızın həyatının xilas edilməsi üçün böyük fədakarlıq göstərir, hətta həyatlarını riskə belə atırlar. Məsələn, hər hansı bir binada, ticarət mərkəzində yanğın baş verən zaman, avtomobil qəzası və ya digər hadisələrdə Azərbaycan polisinin nə qədər böyük vətənpərvərlik nümayiş etdirdiyi, oradakı insanların həyatını xilas etmək üçün öz canlarından keçməyə hazır olduqları hər birimizin gözləri önündə baş verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Son illərdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı mübarizədə uğurlu nəticələrə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq içərisində yaşamaları üçün zəruri şərait yaradılıb. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin keşiyində ayıq-sayıq dayanan polis əməkdaşları Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də fəal iştirak edərək şəhidlik zirvəsinə yüksəliblər.

Hələ bir neçə il bundan öncə, Ağcabədi rayonundakı yolkənarı kafelərin birində əyləşib çay içən zaman bizə xidmət göstərən bir nəfər orta yaşlı qadın jurnalist olduğumuzu bildikdən sonra, bizim masaya yaxınlaşdı və Balakən rayonunun keçmiş polis rəisi Polis Polkovniki Mehman Əliyevin əvəzsiz xidmətləri barəsində xüsusi bir yazı yazmağımızı xahiş etdi. Həmin qadın öz çıxışı zamanı bizə bildirdi ki, Mehman Əliyev bizim Balakən rayonuna rəis təyin olunduqdan sonra rayonda narkomanioyanın və oğurluq hadisələrinin qarşısı demək olar ki, tamam alınmışdır.
MƏNİM    POLİSİM    MƏNİ   QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır
Sonradan, hörmətli nazirimiz Vilayət Eyvazovun əmri ilə Mehman Əliyev Balakən Rayon Polis İdarəsinin pəisi vəzifəsindən azad edilərək, Quba Rayon Polis İdarəsinə rəisi vəzifəsinə təyin olunmuşdur. O. Ouba rayonuna rəis təyin olunduğu gündən Qubada asayişin daim qorunub saxlanması üçün əlindən gələni əsirgəməmişdir. Balakəndə olduğu kimi, Qubada da narkomaniyaya və oğurluq hadisələrinə qarşı amansız mübarizə aparır. Qubaya hər hansı bir iş üçün gəlmiş vətəndaşların hansı niyyətlə Quba rayonuna gəlməsi polis əməkdaşları tərəfindən araşdirilir. Qubalı bir nəfər həmsöhbətimdən aldığım məlumata əsasən, Quba Rayon polis İdarəsinin rəisi Mehman Əliyev daim cinayət və cinayətkarlığa qarşı amansız mübarizə aparan və asayişin daim qorunub saxlanması üçün əlindən gələni əsirgəməyən polis rəisidir. O, halal yolla öz çörəkpulusunu qazanan şəxslərin daim ən yaxın dostu kimi tanınır. Qubalılar bu gün rayonda bərqərar asayişin qorunmasında böyük zəhməti olan rolis rəisi Mehman Əliyevə öz minnətdarlığını bildirir. Bəli, bu gün ölkəmizin hər bir yerində olduğu kimi Quba rayonunda da asayiş tam olaraq qorunub saxlanılır. Təbiidir ki, bu işdə Rayon Polis İdarəsinin rəisi Mehman Əliyevin əvəzsiz xidmətləri vardır.

Bəli, xalqımızın daim xoş əhval-ruhiyyəsi, təkcə Qubada deyil, ölkədəki həyat, insanların sərbəst, rahat yaşaması və Azərbaycanın bir millət kimi, bir xalq, dövlət kimi dünyada günbəgün məşhurlaşması bizim əldə etdiyimiz dövlət müstəqilliyinin bəhrəsidir. Bizə bu imkanları dövlət müstəqilliyi vermişdir. Hazırkı Dövlət Mqstəqilliyimizin əldə olunmasında polislərimizin də əvəzsiz xidmətləri olmuşdur. Ölkəmiz dövlət müstəqilliyini əldə edənə qədər onlar sovetlər birliyinin daxili işlər orqanlarında işləmiş, ölkəmizin günü-gündən çiçəklənməsi və inkişaf etməsi üçün çox-çox faydalı işlər görmüşlər, xalqımıza xidmət fərqi ondan ibarətdir ki, biz bu gün müstəqilik, biz bu gün azadıq. Biz heç bir mərkəzdən asılı deyilik. Heç bir dövlətdən asılı deyilik. Özümüz öz taleyimizin sahibiyik. Əgər polisin xalqımız üçün etdiklərini bir balaca dərindən təhlil etsəniz, görərsiniz ki, polisin amalı daim öz xalqına xidmət etmək olmuşdur. Amma, Sovetlər İttifaqında polis milli olmayıbdır. İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. “Azərbaycan Polisinin 84 illik yubileyi”nə həsr olunmuş təntənəli mərasimdə xalqımızın Ümummili Lideri, görkəmli siyasətçi və dövlət xadimi, mərhum prezidentimiz Heydər Əliyev öz çıxıçı zamanı belə demişdir: “ Polis Xalqımıza, Müstəqil Azərbaycan Dövlətinə, onun hər bir vətəndaşına xidmət edir.
MƏNİM    POLİSİM    MƏNİ   QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır
Qeyd edək ki, ölkəmizdə hər il 2 İyul “Azərbaycan Polisi günü” təntənə ilə qeyd olunur. Hər il ölkə Prezidentimiz möhtərəm İlham Əliyevin 2 iyul tarixli sərəncamları ilə xidmətdə fərqlənən bir qrup əməkdaşı orden və medallarla təltif edilir, xüsusi rütbələrə layiq görülürlər. Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsində, hərbi vəziyyət rejiminin təmininə yönəlmiş tədbirlərin həyata keçirilməsində, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşları dövlət başçısının Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, "Vətən uğrunda" medalı ilə, "İgidliyə görə" medalı ilə təltif olunublar. "Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında" Sərəncama əsasən, nazirliyin bir neçə zabitinə polis general-mayoru ali xüsusi rütbəsi verilib. Azərbaycan Prezidentinin "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir.

Bu, onların əməyinə verilən qiymətdir. Azərbaycan polisi cəmiyyətimizin bütün sahələri üçün vacib olan ölkədaxili sabitliyi yaradan və qoruyandır. Vətəndaşın asayişini mühafizə edən, dövlətin, vətəndaşların qanuni mənafelərinin və mülkiyyətinin hüquqa zidd əməllərdən qoruyandır. Bu gün Azərbaycan polisi insanların azad, sərbəst yaşaması üçün lazımi şəraitin yaradılması istiqamətində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Ölkədə sabitliyin təminatçılan və dövlətçiliyin dayaqlarından birinə çevrilib. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq ması kimi ailədə də ailə başçısı kimi daim öz ailəsinə məsuliyyətlə ytanaşır. Övladlarını öz canından da daha çox istəyən layiqli atalarımızdan biri hesab olunur.
MƏNİM    POLİSİM    MƏNİ   QORUYUR - Quba rayonunda asayişin qorunması mötəbər əllərə tapşırılmışdır
İstəkli Oxucular! Mən qeyd etdiyim bu kiçicik məqaləmi Quba Rayon Polis İdarəsinin rəisi Mehman Əliyevin ad gününə həsr etdiyim “Polislər olmayanda” şeiri ilə tamamlamaq istəyirəm.

Polislər olmayanda...

Ey dostum, polislərdən etmə giley-güzarı.
Qoruyur çox bəladan onlar bizim diyarı.
Artacaqdır küçədə, hər bir tində cinayət.
Polislər olmayanda, qəmə batacaq çoxları.

Keçmək olmaz küçəni nə gündüz nə də ki, gecə.
Bilirsənmi, sütüyər küçədə maşınlar, necə?
Hər bir yanda qəzalar,hər yanda artar ölümlər.
Sərxoş da maşın sürərlər, bədbəxtlik olar nəticə.

Narkomanlar da bizə dərd olarlar hər yerdə.
Gəzmək olmaz küçədə nə kənddə, nə də şəhərdə.
Narkoimanlar bu dünyadan Tez zamanda köçərlər
Bu da başqa bir dərd olar. Artar qəm, qüssə, kədər də.

Oğurluqlarlar da artar, hər bir məkanda çoxalar.
İmkanlı qardaşımız bir anda imkansız olar.
Saxlaya bilməyərik, əlimizdə olanları.
Arzular ürəkdə qalar, bir anda saralar, solar.

Hələ mən söyləmirəm qoluzorlu olanlardan.
Qoluzorlu əlindən çıxmayarıq dalanlardan.
Hər yanda dava-dalaş, hər yanda qan çıxar dizə.
Beləcə qorunuruq bu cür pislik, ... filanlardan.

Hələ pandimiyanın dərd-qəmini söyləmirəm.
Polis olmasa əgər, nə olacaq deməyirəm.
Nə maska taxan olar, nə qanuna əməl edən.
Polissız qanuna da heç də əməl eyləmirəm.

Silahlar dolu olar, hər evdə hər bir məkanda.
Alver edə bilmərik, mağazada, nə dükanda.
Küçədə, yaxud toyda, ya şənlik, ya da bayramda.
Onlar qoruyar bizi, hər bir zamanda, hər anda.

Poliuslər asayişi qoruyurlar bu məkanda.
Xalkqımız xoşbəxt olur, hər yanda polis olanda.
Cinayət aləmiylə heç də barışmayar onlar
Cinayətlər çoxalar,..... qardaş, polis olmayanda.

Baloğlan Mirzəli
Şair- jurnalist
31-10-2022, 13:14
Geri dön