DataLife Engine / Rusiya hərəkətə keçdi - Türkiyəyə kritik təklif

Rusiya hərəkətə keçdi - Türkiyəyə kritik təklif

Rusiya hərəkətə keçdi - Türkiyəyə kritik təklif

“Moskva Türkiyə və Suriya xarici işlər nazirləri arasında görüş ideyasını dəstəkləyir, lazım gələrsə, belə bir görüş üçün platforma təqdim etməyə hazırdır”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

O, həmçinin bildirib ki, Rusiya belə bir görüşün səmərəli olacağına inanır, çünki söhbət təmasların bərpasından gedir.

Boqdanov qeyd edib ki, hələlik bu yöndə yalnız xüsusi xidmət orqanları və müdafiə nazirlikləri səviyyəsində əlaqələr var.

Rusiyalı diplomat qeyd edib ki, Moskva həmişə Ankara və Dəməşqi danışıqlar masasına oturmağa və müəyyən məsələlərdə təmas nöqtələri tapmağa çağırıb.
28-09-2022, 17:35
Geri dön