DataLife Engine / MŞ-nın Qurultayı: İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilir - YENİLƏNİB

MŞ-nın Qurultayı: İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilir - YENİLƏNİB

MŞ-nın Qurultayı: İdarə Heyətinin üzvlərinin seçilməsi üçün səsvermə keçirilir - YENİLƏNİB

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsvermə keçirilir.

“İki sahil” xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının iştirakçıları Muğam Mərkəzindəki kabinəyə keçərək səsvermədə iştirak edirlər.

Səsvermə başa çatandan yaxın müddət sonra səsvermənin nəticələri elan olunacaq.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

“İki sahil” xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq qurultayı Mətbuat Şurasının sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası da formalaşıb. Həmçinin 7 nəfərdən ibarət Say komissiyasının tərkibi qurultay iştirakçılarının təkidi ilə 9-a çatdırılıb.

***

Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“İki sahil” xəbər verir ki, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

***

Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı başlayıb.

“İki sahil” xəbər verir ki, Qurultayın say, mandat komissiyası seçilir

***

Bu gün Bakıda, Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı keçiriləcək.

“İki sahil” xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.

Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.

Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, hazırda Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.
24-09-2022, 13:42
Geri dön