DataLife Engine / Ağsuda İcbari tibbi sığorta insanların sağlamlığına etibarlı təminat yaradır

Ağsuda İcbari tibbi sığorta insanların sağlamlığına etibarlı təminat yaradır

Ağsuda İcbari tibbi sığorta insanların sağlamlığına etibarlı təminat yaradır


Ağsu Rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi sığorta 2020-ci ilin yanvar ayından fəaliyyətə başlayıb.Fəaliyyətə başladığı ilk dönəmlərdə insanların bu formatdan elə çox anlayışının olmaması müəyyən tərəddüdlər yaradırdı. Lakin zaman keçdikcə yerli əhali İcbari Tibbi Sığortanın üstünlüklərini anladı və bu üstünlüklərdən yararlanmağa başladılar. Artıq istənilən rayon sakini İcbari Tibbi Sığorta barədə geniş məlumata malikdirlər. Mərkəzi Xəstəxanaya gələn hər bir vətəndaş ilkin olaraq qeydiyyat şöbəsini yaxınlaşır orada istədikləri həkimin qəbuluna yazılırlar. Həkim müayinəsindən sonra xəstəxananın digər xidmətlərindən ən yüksək səviyyədə yararlanırlar.

Xəstəxanaya müraciət edən vətəndaşlardan qanuni şəkildə dövlət rüsumu tələb edən xidmətlərdən başqa heç bir şəkildə əlavə pul və rüşvət tələb edilmir. Buna həkim müayinəsi, rentgen diaqnostikası, bir sıra əməliyyatlar və sair daxildir. Kifayət qədər vətəndaş var ki, məhz İcbari Tibbi Sığorta hesabına heç bir vəsait ödəmədən bir çox əməliyyatlar elətdiriblər.

Vətəndaşlara daima diqqət və qayğısını əsirgəməyən Ağsu Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik şəxsin direktoru Əli Hüseynovun da bu inkişafda rolu danılmazdır. Daima siravi vətəndaşlarla ünsiyyətdə olan Əli həkim onların düzgün yönləndirilməsinə, müayinəsinə, müalicəsinə, ehtiyac olduqda əməliyyatına, bu əməliyyatlar xəstəxanada mümkün olmadıqda onlara yüksək səviyyəli xidmət göstərən digər xəstəxanalara göndəriş verilməsinə birbaşa nəzarət edir. Onun bu sadəliyinin və səmimiliyinin nəticəsidirki, istənilən vətəndaş günün istənilən saatında sərbəst şəkildə Əli həkimə yaxınlaşaraq ona öz problemini bildirə bilir. Yüksək səviyyədə idarəçilik qabiliyyəti olan Hüseynovun insanları səbr və təmkinlə dinləməsinin hər kəs şahidi ola bilər.

Bizdə Xeberci.info olaraq dəfələrlə Ağsu Rayon Mərkəzi Xəstəxanasında olub İcbari Tibbi Sığortanın fəaliyyətini işıqlandırmışıq. Hər görüşümüzdə də vətəndaşların daima razılıq etdiklərinin şahidiyik. Ona görə də kollektivimiz adından başda Əli Hüseynov olmaqla Ağsu Rayon Mərkəzi Xəstəxanasının bütün tibbi və texniki personalına təşəkkürümüzü bildiririk.

Xeberci.media
4-08-2022, 12:05
Geri dön