DataLife Engine / Ömrünü Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına həsr edən REKTOR

Ömrünü Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına həsr edən REKTOR

Ömrünü Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafına həsr edən REKTOR

Əziz oxucular, hörmətli medya mənsubları. Biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim kollektivi olaraq universitetin rektoru və əməkdaşları haqqında saitlərdə verilən qərəzli, həqiqəti əks etdirməyən böhtan xarakterli yazılara öz münasibətimizi bildirməyi özümüzə vicdan və ləyaqət borcu hesab edirik.

Əziz oxucular Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqrar sahadə kadr hazırlığını həyata keçirən yeganə universitetdir.Bu universitetin çox böyük tarixi keçmişi vardır. Universitetdə Həsən Əliyev, Əhməd Cavad, Validə Tutayiq kimi görkəmli alimlər çalışmışlar. Bununla yanaşı olaraq universitet ölkəmizin ictimai həyatında mühüm rol oynayan kadrlar hazırlamışdır.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor, AMEA-nın müxbir üzvü İ.H.Cəfərov universitetin məzunu olmuşdur. Fəaliyyətə başlayandan bu günə qədər şərəfli ömür yolu keşən İbrahim Cəfərov bütün həyatını universitetin inkişafına həsr etmişdir. Rektorluq dövrünə qədər işlədiyi illər ərzində müxtəlif dövrlərdə dekan müavini, uzun müddət fakultə dekanı və tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.

Gözəl alim, əsl ziyalı və yüksək insani keyfiyyətlərə malik olan İbrahim Cəfərov namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir. Onun elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilərək Azərbaycam Milli Elmlər Akademiyasına müxbir üzv seçilmişdir. İşlədiyi dövrlərdə özünün bacarığı,təşkilatçılığı, işgüzarlığı və fədakarlığı ilə həmişə fərqlənmişdir.Bunun universitet kollektivi həmişə şahidi olmuş və yüksək qiymətləndirmişlər. Mərhum Mirdamət Sadıqovun rektor işlədiyi dövrlərdə tədris işləri üzrə prorektor vəzifəsində çalışan İbrahim Cəfərov fakultələrdə tədris planlarının Türkiyə və başqa dövlətlərin aparıcı universitetləri ilə uyğunlaşması, tədrisin təşkili və keyfiyyətinin artırılması, yüksək ixtisaslı kadr hazırlığının təmin olunması üçün maddi-texniki bazanın formalaşması kimi ağır bir yükü öz üzərinə götürərək onların həyata keçirilməsinə şərəf və vicdanla nail olmuşdur.

Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin yenidən qurulması, professor-müəllim heyyəti və tələbələr üçün bu günkü yüksək səviyyəli şəraitin yaradılmasında İbrahim Cəfərovun çox böyük əməyi vardır.

Hal- hazırda Azərbaycan Dövlət Aqrar Universiteti onun rəhbərliyi altında vətənini, millətini, dövlətini sevən aqrar sahənin inkişafına yeni töhfələr verə biləcək kadr hazırlığını həyata keçirir. İbrahim Cəfərov xalqını,vətənini, dövlətini sevən, dövlətçiliyin qorunmasında özünün yorulmaz əməli fəaliyyəti ilə daima fərqlənən ziyalıdır. Onun rəhbərliyi altında Azərbaycan Dövlət Aqrar Universiteti dövlətimizin ictimai –siyasi həyatında mühüm rol oynayan tədbirlərdə həmişə yüksək səviyyədə iştirak etmişdir. Ölkə Başçısı, Kənd Təsərrüfatı nazirliyi və kollektiv tərəfindən onun zəhməti həmişə lazımınca qiymətləndirilmişdir. Bunların nəticəsi olaraq Ölkə Başçısı İbrahim Cəfərovun əməyini yüksək qiymətləndirərək onana Kənd Təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

44 günlük Vətən müharibəsində Azərbaycan Dövlət Aqrar Universiteti həmişə dövlətinin və millətinin yanında olmuşdur. Gəncəyə düşmən tərəfindən raket atılanda yaralıların və evləri dağılmış insanların yerləşdirilməsində Azərbaycan Dövlət Aqrar Universiteti yaxından iştirak etmişdir. Bu gün univesitetdə Şəhid ailələrinə, Qazilərə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğı ilə yanaşılır.

İbrahim Cəfərovun rektor işlədiyi dövrlərdə Türkyə universitetləri ilə işgüzar əlaqələr qurulmuş, ikili diplom haqqında sənəd imzalanmışdır. Türkiyənin Ege universitetinin rektoru Azərbaycan Dövlət Aqrar Universitetinə səfər edərək mühazirə söyləmiş, universitet və onun rəhbərliyi haqqında yüksək fikirlər bildirmişdir. Türkiyənin Ege universitetinin “Tarım makinaları” kafedrasının bir qrup professor-müəllim heyəti “Kənd təsərrüfatı texnikası” kafedrasında olmuş, əməkdaşlarla görüş keçirərək seminar təşkil etmişlər.

Əziz oxucular bunlar İbrahim Cəfərovun Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyətinin kiçik bir qismini əks etdirir. Bu gün universitetdə yaradılan şəraiti, şəffaflığı, maddi-texniki bazanı, elektron kitabxananı, heyvandarlıq, quşçuluq, balıqçılıq, istilikxana, tədris təcrübə təsərrüfatı kimi istehsalat sahələrini, professor-müəllim heyyəti və tələbələr üçün mövcud diqqət və qayğını, tədrisin yenidən qurulmasını, yüksək ixtisaslı kadr hazırlığını, təmiz və şəffaf keçirilən seşkiləri görməmək və onu qiymətləndirməmək ən azından müəllim vicdanına yaraşmayan hərəkətlərdir.

Saitlərdə qərəzli, həqiqəti əks etdirməyən böhtan xarakterli yazılar göndərən (dırnaqarası) ziyalılar öz mənfur niyətlərinə nail olmaq üçün universitetin rektorunu və bir sıra layiqli əməkdaşları şantaj edirlər. Yaxşı bir el məsəli var “El gözü tərəzidir”. Çünki, bütün universitet kollektivi bunların böhtan xarakterli olduğunu yaxşı bilir. Bu insanlar müxtəlif vaxtlarda fakultədə keçirilən seşkilərdə iştirak edən səs toplaya bilməyən, maddi maraqlarla saitlərə yol tapan, yaxın ətrafınakı əqli zəif adamlara qulaq asan və onların maraq dairəsində olan (dırnaqarası) ziyalılardır. Onlar elmdə və tədrisdə heç bir savada malik deyillər. Saitə verilən yazının altında adları qeyd olunan insanların bu yazıdan xəbərləri yoxdur və artıq onlar universitetdə işləmirlər.

Ulu Öndər Heydər Əliyev həmişə müəllimlər haqqında yüksək fikirlər söyləmişdir. Ulu Öndər demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Müəllim peşəsi çətin və şərəfli peşədir." Lakin bu gün bir qrup (dırnaqarası) ziyalılar bu peşənin çətinliyini və şərəfini dərk etməyərək öz şərəf və ləyaqətlərini ayaqları altına ataraq yalan və böhtan xarakterli yazılar yazmaqla məşğuldurlar. Onlara xatırlatmaq istəyirik ki, özlərinə əziyyət verməsinlər, yel qayadan nə qopara bilər ki...

Azerinform.az
29-06-2022, 14:20
Geri dön