DataLife Engine / Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir

Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir



Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolu gündəlikdə olan məsələlərdəndir. İkinci Qarabağ müharibəsində Qələbə bir çoxları üçün sürpriz oldu. Bu, onların xoşuna gəlmədi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirlər. İndi isə bir halda ki, Azərbaycan bunu özü etdi və Ermənistanı məğlub etdi, Ermənistana sıx bağlılığı olan Qərbdəki həmin dairələr yenə böyük fəallığa keçiblər. Bunlar gözlənilən hallardır, biz bilirdik ki, Azərbaycana qarşı yeni qarayaxma kampaniyası planlaşdırılır. Amma bütün çirkin hekayələrin Azərbaycan xalqı üçün heç bir mənası yoxdur. Əvvəlki İran hökuməti ilə münasibətlər ən yüksək səviyyəyə qədər qaldırılmışdır. Ölkə rəhbərlərinin ondan artıq görüşü təşkil olunmuşdur.Avropa İttifaqı ilə əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar. Bu gün Avropa İttifaqı ölkəmizin nəqliyyat potensialına böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır.

Bütün həmin görüşlər məhsuldar olub. Enerji, nəqliyyat, mədəni inkişaf, təhlükəsizlik sahələrində bir çox sazişlər imzalanmışdır. Münasibətlərimiz dostluq və yaxşı qonşuluq rəmzinə çevrilmişdir.Azərbaycan öz mesajınınövbəti sözlərlə ifadə edib: “Xahiş edirik Qarabağda İran biznesmenləri tərəfindən aparılan qeyri-qanuni biznes fəaliyyətinə diqqət yetirin”. Biz İran hökumətini ittiham etmək mövqeyində deyildik, bizə məlumdur ki, bunu bəzi özəl şirkətlər edir. İsrailin azad olunmuş torpaqlara gətirilməsi ilə bağlı Azərbaycana yönələn bütün ittihamları Azərbaycan rədd edir. Bu, sadəcə, Azərbaycanı qaralamaq məqsədilə daxili auditoriyaya yönəlmiş bəhanədir.Yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi. Müəmmalı idi ki, ilk dəfə hərbi təlimlərin planlı tədbir olduğu deyildi. Sonra isə deyildi ki, bizə nəyi isə nümayiş etdirmək üçün edildi. Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik.Qarabağın azad edilməsindən sonra Ermənistanla öz sərhədimizə çıxdıq. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - bunu dayandırın.

Əfsuslar olsun ki, Azərbaycanın xəbərdarlığına adekvat cavab verilmədi. Bundan sonra ölkəmiz diplomatik nota hazırladı, səfir dəvət olundu və bunu ictimaiyyətə açıqladıq ki, bunu dayandıraq. Ammabu, daha pis forma aldı, İrandan Qarabağa gedən yük maşınlarının sayı artdı. Bu addımı biz zərbə, bilərəkdən hörmətsizlik kimi saydıq. Sonra biz tamamilə qanuni hesab edilən başqa tədbirləri gördük və bu, qonşu ölkədə böyük qarışıqlığa, lazımsız hərəkətlərə səbəb oldu.
18-10-2021, 19:12
Geri dön