DataLife Engine / UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

UNEC rektoru İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın sədri seçilib.

"AzPolitika.info"-nun məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə Şuranın sədr müavini seçilib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında İctimai Şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:

1. Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi);

2. Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi;

3. Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi);

4. Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi);

5. Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı);

6. İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı);

7. Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi);

8. Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi);

9. Nuriyev Əliməmməd (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi);

10. Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası);

11. Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)
11-09-2021, 11:13
Geri dön