DataLife Engine / AXC-nin elan edildiyi zal restavrasiya olunacaq

AXC-nin elan edildiyi zal restavrasiya olunacaq

AXC-nin elan edildiyi zal restavrasiya olunacaq

Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edildiyi hazırkı Milli Gənclər Sarayının binasının bərpası üzrə işlər intensiv rejimdə davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, tarixi bina mədəni irsin mühüm və dəyərli abidəsidir: “Hazırkı mərhələdə binanın dam örtüyü təmir olunur, daxili kommunikasiya xətləri, qapı-pəncərələr, fasad restavrasiya edilir. Bundan başqa, istinad divarı və fundamentin möhkəmləndirilməsi də planlaşdırılır”.

Mer interyerdə də təmir-bərpa işlərinin aparılacaqğını deyib: “Zallardakı bədii-dekorativ elementlər və dekorativ balyustradanın zədələnmiş hissələri də bərpa olunacaq”.

K.Kaladze qeyd edib ki, bərpa layihəsinin dəyəri 33,7 milyon lari (10,7 milyon ABŞ dolları) təşkil edir və rekonstruksiya işləri 2023-cü ilin üçüncü rübündə tam başa çatdırılacaq.

Qeyd edək ki, Milli Gənclər Sarayı kimi fəaliyyət göstərən binanın güzgülü zalında 1918-ci il mayın 28- də AXC-nin müstəqillik bəyannaməsi oxunaraq, Şərqdə ilk demokratik respublikanın yaradıldığı rəsmən elan olunub. Binada AXC-nin elan edildiyi zalın girişində bu barədə Azərbaycan, gürcü və ingilis dillərində məlumatın əks olunduğu lövhə yerləşdirilib.
8-07-2021, 15:04
Geri dön