DataLife Engine / Qələbə əzmini bizə Azərbaycan əsgəri yaşatdı, sağ olsunlar!- Nizami Mönsümov

Qələbə əzmini bizə Azərbaycan əsgəri yaşatdı, sağ olsunlar!- Nizami Mönsümov

Qələbə əzmini bizə Azərbaycan əsgəri yaşatdı, sağ olsunlar!- Nizami Mönsümov

Ermənistan silahlı qüvvələri cəbhə bölgəsində dinc sakinləri, yaşayış evlərini hədəf almaqda davam edir.


Məsələ ilə bağlı fikirlərini Azerinform.az-la bölüşən Zəngilan rayon icra başçısının müavini, YAP Zəngilan Rayon Təşkilatının sədri Nizami Mönsümov ermənilərin mülki əhaliyə hücum etməsini vəhşilik adlandırıb:

“Bunlar ermənilərdən gözlənilən şeylərdir. Bu millət həmişə aqressiv olub. Xocalıda qız-gəlinlərimizin, uşaqlarımızın başına nə oyunlar açdılar. Hər cür axmaq hərəkət, vəhşilik etdilər, bu bütün dünyaya məlumdur. Biz bu günü 30 ilə yaxındır ki, gözləyirdik. Bu xəbəri bütün xalqımız həsrətlə gözləyirdi. Biz sübut etdik ki, Azərbaycan əsgəri nəyə qadirdir. Hətta Müdafiə Nazirliyimiz Qarabağda yaşayan mülki əhaliyə (ermənilərə) müraciət etdi ki, hərbi obyektlərdən uzaq durun, sizə zərər gəlməsin. Bu birbaşa Azərbaycanın humanistliyindən xəbər verir və bunu bütün dünya gördü. Amma ermənilər nə etdilər? Dəfələrlə kəndlərimizi atəşə tutdular, mülki əhaliyə zərər verdilər və öz vəhşiliklərini bir daha dünyaya sübut etdilər”.

Zəngilan rayon icra başçısının müavini, YAP Zəngilan Rayon Təşkilatının sədri Nizami Mönsümov dünya təşkilatlarının bu məsələyə səssiz qalmasına təəssüfləndiyini qeyd edib:

“Təəssüflər olsun ki, dünya təşkilatları yenə də ikili standartlarından əl çəkmirlər. Bəzi təşkilatlar erməniləri müdafiə edir, bəlkə də xristian birliyinə görədir, mən bunu dəqiq deyə bilmərəm, amma Azərbaycan haqq səsini dünyaya çatdırdı. Bizim heç kəsin torpağında gözümüz yoxdur, sadəcə öz torpağımızı işğaldan azad edirik. Erməninin vuruşduğu torpaq mənim dədə-baba torpağımdır. Cənab Prezidentin də dediyi kimi, erməni ölmək istəmirsə, bizim torpağımızdan rədd olsun! Dünya təşkilatları məsələnin kökü ilə maraqlanmırlar, sadəcə deyirlər ki, atəşi dayandırın, sülh olsun. Niyə görə atəşi dayandırmalıyıq?! Erməni əsgərini çıxardın torpağımızdan, biz də dayandıraq. Mən düşünürəm ki, dayanmaq olmaz, əsgərimiz Şuşaya qədər getməlidir, bayrağımız ora da sancılmalıdır. İnanıram ki, tezliklə Şuşada, Cıdır düzündə Qarabağ şikəstəsini eşidəcəyik. O günün gəlməsinə az qalıb. Bütün xalqımız sevinc içərisindədir, küçədə bir-birini tanımayanlar belə bir-birini təbrik edir, Bakının küçələrində bayraqlar asılıb, bundan gözəl nə ola bilər ki? Qələbə əzmini bizə Azərbaycan əsgəri yaşatdı, sağ olsunlar!”.

Azerinform.az
6-10-2020, 15:17
Geri dön