DataLife Engine / “Gərək, gözünün qabağında öləsən ki, virusa inansın“ - Koronavirusdan sağalan aktyor

“Gərək, gözünün qabağında öləsən ki, virusa inansın“ - Koronavirusdan sağalan aktyor

“Gərək, gözünün qabağında öləsən ki, virusa inansın“ - Koronavirusdan sağalan aktyor

“İnsanların çoxu bu virusa inanmır. Bu yaxınlarda bir yazı oxudum, guya tanınmış insanlar reklam xatirinə koronavirusa yoluxması xəbərini yayırlar. Deyirlər ki, necə oldu, biriniz də ölmədiniz. Gərək bunların gözü qabağında öləsən ki, virusa inansınlar”.

Yenisabah.az xəbər verir ki, bunu koronavirusdan müalicə olunub sağalan əməkdar artist, tanınmış aktyor Sərvər Əliyev bildirib.

S.Əliyev hesab edir ki, insanlar bu virusa biganə yanaşdıqca, yoluxmaların da sayı artacaq:

“Dəfələrlə mənə tanışlar, dostlar zəng edib soruşurlar ki, Sərvər, neyləyək, bizdə bu əlamətlər var, hara müraciət edək? Bu virusdan sağalan adam kimi onlara məsləhət verirəm, deyirəm, mütləq həkimə getmək lazımdır. Hazırda Balakən rayonundayam. Hərdən dükan-bazara çıxıram. Görürəm ki, çoxları tibbi qaydalara əməl etmir. Soruşuram ki, niyə maska taxmırsız? Deyirlər, inanmırıq. Gənclərimizin immmuniteti yüksəkdir, amma düşünməlidirlər ki, onlar virus daşıyıcısı ola bilər və xroniki xəstə olan insanları yoluxdura bilərlər. Mütləq tibbi qaydalara əməl olunmalıdır”. /Yenicag.az
24-06-2020, 22:51
Geri dön