DataLife Engine / TƏKZİB - Ağsu şəhərindəki Dövlət Bayrağı

TƏKZİB - Ağsu şəhərindəki Dövlət Bayrağı

TƏKZİB - Ağsu şəhərindəki Dövlət Bayrağı

Sizin “Feysbuk” sosial şəbəkəsində təsis etdiyiniz “BİRXəbər” Onlayn TV kanalında 08.06.2020-ci il tarixdə yayımlanmış video-informasiyada Ağsu şəhərindəki Dövlət Bayrağının zədələnib cırıldığı, bununla bağlı heç bir tədbir görülmədiyi bildirilir.

Məlumat üçün bildiririk ki, əsən külək nəticəsində 07.06.2020-ci il tarixdə saat 15:00 radələrində Ağsu şəhərindəki 72 metr hündürlüyü olan Dövlət Bayrağı dayağın üzərində olan ildırım ötürücüsünə ilişərək zədələnib cırılmış, onun hərəkəti məhdudlaşmışdır. Dövlət bayrağını endirmək mümkün olmadığından Bakı şəhərindən dəvət olunmuş mütəxəssislərə xüsusi icazə alınaraq onların rayonumuza gəlmələri təmin olunmuşdur. Zədələnmiş Dövlət Bayrağı axşam saatlarında endirilmiş və yenisi ilə əvəz olunaraq qaldırılmışdır.

Bunları nəzərə alaraq “Feysbuk” sosial şəbəkəsində təsis etdiyiniz “BİRXəbər” Onlayn TV kanalında yayımladığınız 08.06.2020-ci il tarixli video-informasiya ilə əlaqədar tərəfimizdən verilmiş bu Təkzibin saytınızda dərc olunmasını xahiş edirik.

Ağsu Rayon İcra Hakimiyyət
9-06-2020, 22:46
Geri dön