DataLife Engine / Ağsu rayonunun Hacıqədirli kənd sakini Muradova Mariya Əliheydər qızının müraciəti əsasında “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanmış video-informasiya ilə əlaqədar TƏKZİB

Ağsu rayonunun Hacıqədirli kənd sakini Muradova Mariya Əliheydər qızının müraciəti əsasında “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanmış video-informasiya ilə əlaqədar TƏKZİB

Ağsu rayonunun Hacıqədirli kənd sakini Muradova Mariya Əliheydər qızının müraciəti əsasında “Feysbuk” sosial şəbəkəsinin “Ağsudan xəbər” informasiya blokunda yayımlanmış video-informasiya ilə əlaqədar  TƏKZİB


Ağsu rayonunun Hacıqədirli kənd sakini Muradova Mariya Əlheybət qızı “Feysbuk” sosial şəbəkəsində təsis etdiyiniz “Ağsudan xəbər” informasiya blokunun 06 iyun 2020-ci il tarixli video-materialında çıxış edərək yataq xəstəsi olduğunu, eləcə də Ağsu rayonunda 05 fevral 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində evinin qəzalı vəziyyətə düşdüyünü, onun problemləri ilə heç bir dövlət orqanının maraqlanmadığını bildirmiş və evinə dəymiş ziyanın aradan qaldırılmasına köməklik göstərilməsi ilə bağlı aidiyyəti qurumlara etdiyi müraciətlərə baxılmadığından şikayətlənmişdir.

Məlumat üçün bildiririk ki, Ağsu rayonunun Hacıqədirli kənd sakini, 01.01.1961-ci il təvəllüdlü Muradova Mariya Əlheybət qızı hal-hazırda valideynlərinə məxsus 1 mərtəbəli, 2 otaqlı evdə 1998-ci ildə qeyri-rəsmi ailə həyatı qurduğu Ağsu şəhər sakini, 02.03.1965-ci il təvəllüdlü Kərimov Əlişah Teymur oğlu ilə birlikdə yaşayır. M.Muradovanın adına 0,31 ha pay torpaq sahəsi vardır. O, ikinci qrup əlildir, sosial təqaüd alır.

Araşdırma nəticəsində M.Muradovanın yataq xəstəsi olmadığı müəyyən olunmuşdur. 02.06.2020-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı və yerli icra nümayəndəsinin iştirakı ilə M.Muradovaya ərzaq yardımı təqdim edilərkən onun sağlam olduğu məlum olmuş və yardım verilərkən ayaq üstə fotoşəkili çəkilmişdir.

Əlavə olaraq bildiririk ki, M.Muradva təbii fəlakət baş verdiyi tarixdən hal-hazıra kimi evinin zəlzələdən zərər çəkməsi barədə nə Fövqəladə Hallar Nazirliyinə, nə də ki, Ağsu rayon İcra Hakimiyyətinə, yerli icra nümayəndəliyinə rəsmi müraciət etməmiş, qəbulda olmamışdır.

Odur ki, tərəfimizdən verilmiş bu Təkzibin “Ağsudan xəbər” informasiya blokunda yayımlamağınızı xahiş edirik.

Qeyd: M.Muradovaya ərzaq yardımı verilərkən çəkilmiş fotoşəkil Təkzibə əlavə olunur.

Ağsu Rayon İcra Hakimiyyəti
9-06-2020, 22:38
Geri dön