DataLife Engine / ƏBÜLFƏS QARAYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Sərəncam

ƏBÜLFƏS QARAYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Sərəncam

ƏBÜLFƏS QARAYEV VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Sərəncam

Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1994-2001-ci illərdə Gənclər və İdman naziri, 2001-2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilib.
21-05-2020, 14:59
Geri dön