DataLife Engine / TƏRTƏRDƏ HƏR BİR İŞ AXARINCADIR...

TƏRTƏRDƏ HƏR BİR İŞ AXARINCADIR...

TƏRTƏRDƏ HƏR BİR İŞ AXARINCADIR...

Son vaxtlar Tərtər rayonu və onun icra başçısı Müstəqim Məmmədov haqqında bəzi mətbuat orqanlarında çeşidli və qərəzli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə rayonda olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.

Qeyd edək ki, faktiki olaraq rayonda vəziyyət heç də yazılanlarda göstərilən kimi deyil. Əksinə, Lerikdə durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da ehtiyac yoxdur, sadəcə özünə əziyyət verib Tərtərə təşrif buyurmaq kifayətdir.

Yox, əgər bəzi həmkərlarım özlərinə əziyyət verib, Lerikə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Aydın məsələdir ki, hər bir mətbuat orqanının özünün dəsti-xətti, marağı və istəyi var. Amma bütün bunları da bir araya gətirmək üçün ədalətli olmaq lazımdır. Çünki yazılan yazılardakı qərəz göz çıxardığı qədər, maraq da ədalətsizliyin fövqündə dayanmış şəkildə görsənir.

Bu bir həqiqətdir ki, Tərtər rayonunda vəziyyət çox dəyişib. İnsanların illərdən bəri gözlədiklərini hazırkı icra başçısı Müstəqim Məmmədov bir-bir yerinə yetirməkdədir. Bunun üçün sakinlərlə söhbətləşmək də kifayətdir ki, icra başçısına, görülən işlərə hansı müsbət qiymət verildiyini müəyyənləşdirmək mümkün olsun.

Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah hazılının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı şəkildə yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.

Bildirək ki, sürətli inkişaf yolunda olan rayonlardan biri də Tərtərdir. Hazırda rayona rəhbərlik edən icra başçısı Müstəqim Məmmədov Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, hələ Tərtərə icra başçısı təyin edilməsindən əvvəl başqa sahələrdə işləyərkən cənab Müstəqim Məmmədov bir sıra uğurlara imza atmış, bir xeyli işlər görmüşdü. Cənab Prezident İlham Əliyev də bütün bunları nəzərə alaraq onu Tərtərə icra başçısı təyin etmiş və böyük etimad göstərmişdi.

Hazırda Müstəqim Məmmədov gərgin əməyi və zəhməti sayəsində Tərtər sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov bu rayona başçı təyin olunduğu vaxtdan burada əksər sahələrdə böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.

Regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu rayonda da əsaslı yenidənqurma işləri görülür, iri miqyaslı layihələr həyata keçirilir və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilir.

Bu gün Tərtərdə aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. Son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etmək yerinə düşər. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon Təşkilatının yeni inzibati binası var, rayonda müasir kənd təsərrüfatı obyektləri fəaliyyət göstərir.



Sonra icra hakimiyyətinin başçısı rayon üçün ənənəvi sahələrdən biri olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışdı.

Bəli, bu kün Tərtər etibarlı əllərdədir. Beş-on il əvvəlki rayondan əsər-əlamət qalmayıb. Müasir şəhərə cevrilmiş Tərtər ürəklərdə sözün həqiqi mənasında qürur hissi yaradır. Ancaq təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi bunları görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Tərtər rayonunu, onun saf, təmiz sakinlərini əvəz edə bilməz. Getdik, gördük və yazdıq. Və dahi Sabirin sözləri ilə bu yazıya son nöqtəni qoyuruq:

Neyləməli, göz görür, əqlim kəsir,
Mən günəşi göydə dana bilmərəm.


Davamı var...

Azerinform.az
29-06-2020, 00:56
Geri dön