DataLife Engine / Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edib

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edib

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edib


Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 05 dekabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Kalva kəndində səyyar qəbul keçirib.
RİH başçısı son illər ölkədə həyata keçirilən uğurlu islahatlardan danışaraq qeyd etdi ki, aparılan dəyişikliklər ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir və rəğbətlə qarşılanır. Daha sonra Kalva kənd inzibati ərazi dairəsinə daxil olan yaşayış məntəqələrinin əhalisini narahat edən məsələlər ilə bağlı geniş məlumat verdi. Rayonda 05.02.2019-cu ildə baş vermiş zəlzələ zamanı Kalva kənd inzibati ərazi dairəsi üzrə yaşayış məntəqələrindəki evlərə də ziyan dəydiyini bildirdi. Vurğuladı ki, baş vermiş təbii fəlakətin aradan qaldırılması üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur.
Vətəndaşların nəzərinə çatdırdı ki, hazırda inzibati ərazi dairəsi üzrə FHN-nin mütəxəssislərindən ibarət komissiyanın rəyinə əsasən ziyan çəkmiş hesab edilən 55 qəzalı, 105 bərpa-gücləndirmə, 110 təmirə ehtiyacı olan evlərdə müvafiq olaraq tikinti, bərpa işləri görülür və bu işlər ardıcıl olaraq davam etdiriləcəkdir. Eyni zamanda izah etdi ki, rayonda müvafiq komissiya tərəfindən 01 iyun 2019-cu il tarixə kimi qeydiyyata alınmış bütün evlərə baxış keçirilmiş və verilmiş rəylərə uyğun təmir-tikinti işləri aparılır.
Həmçinin, inzibati ərazi dairəsinə daxil olan kəndlərdə torpaq sürüşməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq işlərin aparıldığını bildirdi.
Görüşdə iştirak edən 105 nəfərdən 31 nəfəri RİH başçısına onları narahat edən məsələlərlə bağlı müraciət etmişdir. Müraciətlərin böyük əksəriyyəti fərdi yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, Kalva kəndi əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması, yol infrastrukturunda işlərin tamamlanması, həyətyanı torpaq sahələrinin ayrılması, yeni iş yerlərinin yaradılması və digər məsələlərlə bağlı olmuşdur.
Səyyar qəbuldan sonra RİH başçısı Dilman kənd sakini Allahverdiyev Bahadur Bayram oğlunu və Suraxanı kənd sakini Səftərov Qəzənfər Əmənulla oğlunu fərdi qaydada qəbul etmişdir.
Vətəndaşların təklif və müraciətlərinin həlli ilə bağlı aidiyyatı vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilmişdir.
Görüş işgüzar və səmimi şəraitdə keçmiş, kənd əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edibAğsu rayon İcra Hakimiyyətinin başçısı Kalva kəndində səyyar görüşdə vətəndaşları qəbul edib
9-12-2019, 10:45
Geri dön