DataLife Engine / Bərdənin “avtoş doktor”undan Vilayət Eyvazova şikayət - Video

Bərdənin “avtoş doktor”undan Vilayət Eyvazova şikayət - Video

Bərdənin “avtoş doktor”undan Vilayət Eyvazova şikayət - Video


Dövlət Yol Polisi daim avtoxuliqanlığa qarşı mübarizə aparır. Bakıda və respublikanın regionlarında “avtoş”luq edən sürücülər saxlanılır, onlar barəsində profilaktik tədbirlər görülür.

Lakin təkcə yol polisinin mübarizəsi ilə məsələ həllini tapmır. Bu, həm də bir ictimai mədəniyyətə, sürücü sivilliyinə bağlıdır.

Eyni zamanda ictimai qınaq daha güclü olmalıdır ki, özlərinin və başqalarının həyatını risqə atan bu cür sürücülər əməlindən utansınlar.

Çünki avtoxuliqanlıq elə cinayətin, qətlin bir növüdür: ya sürücü, ya başqası tələf ola bilər. Həmçinin, insanların rahatlığının pozulması, səs-küy yaradılması, mədəniyyətsizlik kimi qiymətləndirilir. Amma bəziləri nə DYP-nin tədbirlərinə, nə cəmiyyətin reaksiyasına məhəl qoyur.

Cahan.info-nun xəbərinə görə, onlardan biri Bərdə rayonundadır. Bu barədə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən yerli sakinlər prboblemin operativ çatdırılması üçün mətbuatdan da kömək istəyiblər.

Bərdə sakinlərinin sözlərinə görə, rayonda “Toyota Camry” markalı, 99 NT 089 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Məhərrəmov Raqif Rasim oğlu hər axşam “Qəhrəmanlar parkı”nda avtoxuliqanlıqla məşğuldur.

R.Məhərrəmov çox maraqlıdır ki, diş həkimidir, stomatoloqdur. Yəni, adətən “avtoş”luq edən hansısa avara, bekar, təhsilsiz adamlar olur.

Amma stomatoloji kabinti olan diş həkimi R.Məhərrəmov hər gün öz peşəsinə yaraşmayan hərəkətlər edir, əhalinin narahatlığına səbəb olur.

Sakinlər bildirirlər ki, nazir V.Eyvazova müraciət etməkdə məqsəd onun barəsində ölçü götürülməsidir.

Müraciətdə deyilir ki, insanlar bir neçə dəfə doktor Raqifə xəbərdarlıq ediblər: “Ona neçə dəfə deyilib ki, etdiyi hərəkətlər ayıbdır, ziyalı adamsan, həkimsən, avtoxuliqanlıq sənə yaraşmaz.

Amma heç kimə məhəl qoymur, hər axşam parkda “avtoş”luq edir. Videosunu da çəkmişik, polisə təqdim edə bilərik. Gəl ki, əməlindən geri çəkilmir”.

Sakinlər Vergi Nazirliyini də stomatoloji kabineti yoxlamağa çağırırlar. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini doktor Rafiqin əməkdaşlarının olub-olmadığı, sosial fonda sığorta ödəyib-ödəmədiyini təftiş etməyə dəvət ediblər. Buna səbəb məhz özünə arxayınlığı və avtoxuliqanlığıdır.

Sakinlər bildirirlər ki, Bərdə camaatının istirahətini pozan sürücü barədə ölçü götürüləcəyinə inanırlar:

“Cənab Vilayət Eyvazovdan xahiş edirik ki, araşdırma aparılması barədə göstəriş versin. Bu şəxs kimə belə güvənir, nəyə arxayındır ki, insanların şikayətini eşitmir? Cənab nazir, inanırıq ki, bu sürücü barədə tədbir görüləcək”.
27-11-2019, 14:09
Geri dön