DataLife Engine / Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin təmiri və yenidən tikilməsi davam etdirilir - VİDEO

Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin təmiri və yenidən tikilməsi davam etdirilir - VİDEO

Ağsuda zəlzələdən qəzalı vəziyyətə düşən evlərin təmiri və yenidən tikilməsi davam etdirilir - VİDEO
Agsuda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq istiqamətində tədbirlər surətlə davam etdirilir.

Bu barədə BİA.az-a verilən məlumata görə fevralın 5-də baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlər davam etdirilir. Belə ki, yaradılmış komissiya tərəfindən baxılan 3085 evdən 355-i qəzalı hesab edilib. 512-nin bərpa-gücləndirməyə, 2104-nün təmirə ehtiyacı olduğu müəyyənləşdirilib. İndiyədək 95 evin təmiri başa çatdırılıb, 152 yaşayış evin təmirinə başlanıb. Habelə, 200 evin bərpa-gücləndirmə işlərinə başlanılıb, 101 evdə işlər sona çatdırılıb. Heydər Əliyev Fondu tərəfindən 36 fərdi yaşayış evinin tikintisi gedir, onlardan 21-də işlər başa çatdırılıb, 1 evin dam örtüyü dəyişdirilib.
Qeyd edək ki, "Taleh TT" MMC - nin təmsilçisi Əlşah Dəmirovun rəhbərliyi ilə bu işlər hazırda sürətlə davam etdirilir.


Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

10-11-2019, 14:18
Geri dön