DataLife Engine / Yeni təyinatlar Azərbaycanın ÜTT-yə üzvlüyünü tezləşdirəcəkmi? - “22 ildir danışıqlar gedir…”

Yeni təyinatlar Azərbaycanın ÜTT-yə üzvlüyünü tezləşdirəcəkmi? - “22 ildir danışıqlar gedir…”

Yeni təyinatlar Azərbaycanın ÜTT-yə üzvlüyünü tezləşdirəcəkmi? - “22 ildir danışıqlar gedir…”

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyanın önəmli alətlərindən biri olan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) hələ də üzv olmaması əksər iqtisadçı-ekspertlər tərəfindən dəfələrlə tənqid olunub. Bu prosesin əngəllənməsi müxtıif bəhanələrlə izah edilsə də, əslində məsələnin kökündə hakimiyyətdəki bəzi qrupların iqtisadi maraqlarının durduğu güman edilirdi.
Hakim komandada yeni başlayan və böyük ehtimalla davam etdiriləcək struktur və kadr dəyişikliklərindən sonra isə Azərbaycanın ÜTT-yə üzvlük məsələsinin də yaxın gələcəkdə həll edilməsi ehtimalı artır.

Bu mövzu ilə bağlı öz sosial şəbəkə səhifəsində fikirlərini paylaşan iqtisadçı-ekspetr Vüqar Bayramov da hesab edir ki, yeni strukrturun atacağı ilk addımlardan biri ölkəmizin ÜTT-yə üzvlüyü məsələsinin həlli olmalıdır: “Yeni struktur üçün mühim addımlardan biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvülüyünün tezləşdirilməsi olmalıdır. Azərbaycan bu təşkilatla 1997-ci ildən danışıqlar aparır. 22 ildir danışıqlar gedir amma nəticə yoxdur. Dəfələrlə ÜTT üzvülüyünün vacibliyini qeyd etmişik və ekonometrik qiymətləndirmə əsasında hökumətə təkliflər təqdim etmişik. Təəssüf ki, üzvlük istiqamətində real addımlar atılmayıb. Azərbaycan ÜTT-ə üzv olmasa qeyri-neft məhsullarımızın yeni bazarlara kütləvi çıxışı və eləcə də neftdən kənar sektora böyük məbləğdə sərmayə cəlb etmək də çətin olacaq.

ÜTT şəffaflıq və azad rəqabət deməkdir. Aqrar və xidmət sektoruna neqativ təsirləri ilə bağlı deyilənlər isə sadəcə prosesi uzatmaq məqsədi daşıyırdı. Bu məsələlərə CESD dəfələrlər izahatlar gətirdiyindən yenidən detal müzakirə açmaq istəməzdik. 19 ildir bu təşkilata üzv olan Gürcüstanda məgər aqrar və bank sektoru məhv oldumu? Əksinə, Azərbaycan Gürcüstandan kənd təsərrüfatı məhsulları idxal edir və vətəndaşlarımızın bir hissəsi özlərinə Tbilisidə bank hesabı açıblar. Buna görə də, yeni təyinatlardan sonra bu məsələdə də yeni yanaşma nümayiş etdirilməsi çox vacibdir. MDB-də yalnız üç ölkə ÜTT-ə üzv deyil: Azərbaycan, Belarus və Türkmənistan. Belarus və Türkmənistanın olduğu siyahını tərk etməyin zamanı deyilmi?

Bia.az
25-10-2019, 12:07
Geri dön