DataLife Engine / SON DƏQİQƏ: İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi - FOTO (YENİLƏNDİ)

SON DƏQİQƏ: İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi - FOTO (YENİLƏNDİ)

SON DƏQİQƏ: İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi - FOTO (YENİLƏNDİ)

İranın İRNA rəsmi xəbər agentliyi İnqilab Keşikçiləri Korpusu tərəfindən vurulan ABŞ PUA-sının görüntüsünü paylaşıb.
Publika.az xəbər verir ki, ABŞ-da məlumatı təsdiq edib. Açıqlamada “Donanma qüvvələrimizə bağlı yüksək hündürlükdən uça bilən pilotsuz uçuş aparatı qurudan havaya raketlə Hörmüz boğazının hava məkanında vuruldu” sözləri qeyd edilib.


***
10:20
ABŞ ordusu İranın onlara aid PUA-nı vurması ilə bağlı məlumata aydınlıq gətirib.
Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bil Urban iddianı təkzib edib və PUA-larının İran ərazisinə daxil olmadığını bildirib.
***
09:27
İran İslam Respublikası Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusu ABŞ ordusuna aid “Global Hawk” tipli Pilotsuz Uçuş Aparatını vurub.
Publika.az xəbər verir ki, hadisə İranın Hörmüzgan əyalətində - Oman körfəzinin sahilində baş verib.
Korpusun Aviasiya-Kosmos Qüvvələri bu barədə məlumat yayıb.
Qeyd edək ki, ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına daxil edib.
20-06-2019, 15:33
Geri dön